25 Şubat 2016 Perşembe

“Ironman” ekstremal yarışı

80-ci illərin əvvəllərində Luis Alvares 20 yaşlarında idi və 90 kq çəkisi var idi. O daim siqaret çəkir, hətta bir neçə kilometr qaça bilmirdi.  1983-cü ildə o son siqaretini çəkir və öz üzərində işləməli olduğu barədə qərar verir. İlk olaraq o marafonlarda qaçırdı, lakin daha sonradan Ironman yarışlarının iştirakçısına çevrilir. Hazırda Alvares həmin yarışın ən uğurlu iştirakçılarından biri və yanacaq daşımaq üçün sistern istehsalı ilə məşğul olan dünyanın ən nəhəng SAG-Mecasa şirkətinin həmsahibidir.

22 Şubat 2016 Pazartesi

Çində biznes qurmaq istəyənlər

Kosmetika
Çində orta hədlə üzə qulluq üçün vasitənin 1 flakonunu yaratmaq üçün araşdırma da daxil olmaqla 6,5-dən 10 yuana (1.60 dollar) qədər vəsait tələb olunur. Lakin pərakəndə şəbəkələrdə bu kosmetika 560 yuana, yəni 89 dollara satılır.
Şəxsi gigiyena vasitələri
Buraya dezodorant, şampun və diş pastası daxildir. 2003-cü ildə gəlirlilik reytinqində bu sahə ikinci pillədə idi və orta hədlə illik 14,5% gəlir gətirirdi.
İçki istehsalı
Burada qiyməti 2 yuan olan (0,31 dollar) olan 1 şüşə qazlı su 0,07 yuana (0,011 dollara) istehsal edilir.

21 Şubat 2016 Pazar

Bitcoin haqqda

Qədim zamanlarda insanlar təbii məhsullarla və yaxud hər hansı xidmətlə mübadilə edirdilər. Tezliklə pullar yarandı və bu pulla məhsulların və xidmətlərin haqqını ödəmək mümkün oldu. Zamanla banklar yarandı. Artıq keçən əsrdə nağdsız ödənişlər, beynəlxalq pul köçürmələri reallığa çevrildi.
Lakin bu günkü günümüzdə artıq bütün bunlar keçmiş hesab olunur. Dünya arenasına rəqəmsal valyuta çıxdı. Artıq bütün dünya üzrə külli sayda insan kriptovalyutadan real pullara və bank hesablarına alternativ kimi istifadə edir. Forex-ə yeni başlayan treyderlər isə Bitcoin və digər rəqəmsal valyuta almağın mümkün olduğu birja axtarışındadırlar.
Bitcoin elə sistemdir ki,

20 Şubat 2016 Cumartesi

Cadillac şirkəti necə yarandı

Ötən əsrin əllinci illərində əksər ABŞ sakini üçün misli görünməmiş çiçəklənmə dövrü idi. Həmin vaxtlarda Böyük Depressiya da sona çatmışdır, müharibə artıq arxada qalmışdı və bir neçə onillik ərzində daimi məhrumiyyətlər şəraitində yaşamış amerikalılar sanki bolluq içərisinə düşmüşdülər, onlara verilən sovqatlardan su kimi istifadə edirdilər. Burada külli miqdarda məhsul mövcud idi: böyük soyuducular, qabyuyan maşınlar və hətta şəhərkənarı kotteclər.
Müharibənin bitməsindən dərhal sonra avtomobil şirkətlərinin əksəriyyəti aktiv olaraq istehsalı genişləndirməyə başladı, axı insanların

18 Şubat 2016 Perşembe

Ən nəhəng şirkətlər

Bloomberg agentliyinin verdiyi məlumata görə, növbəti dəfə kapitalizasiya həcminə görə planetin ən nəhəng şirkətlərinin reytinqi təşkil edilmişdir.
  • Keçən ilin yekunları əsasında təşkil edilmiş dünya reytinqində ilk pilləni Apple Inc. şirkəti tutmuşdur. Lakin bununla yanaşı, iPhone və iPad istehsalçısı olan şirkətin kapitalizasiyası bir o qədər də çox artmamışdır.  Cəmi 0,8%.  Şirkətin kapitalizasiyası 2012-ci ildəki 500,6 milyard dollar ilə müqayisədə 504,8 milyard dollar təşkil edir.

16 Şubat 2016 Salı

Biznes ideyalarını gerçəkləşdir

Ən yüksək maaş verən şirkətlər

Bingham McCutchen hüquq şirkətinin ortaqları ildə 216,000 dollar qazanır.
Əməkdaşlarına ən yüksək əmək haqqı verən digər şirkətlərlə tanış olaq.
Salesforce.com
Orta illik əmək haqqı: 129,157 dollar
Vəzifə: Proqram təminatı mühəndisi
Ən yaxşı şirkətlər reytinqində yeri: 19
Şirkət öz əməkdaşlarına çox saylı bonuslar təklif edir. Hər 6 aydan bir işçilər “Kokua” bonusları əldə edir. Öz planını yerinə yetirmiş 2 satış meneceri şirkət hesabına Havay adalarına səyahətə göndərilir. Daha uğurlu işçilər isə Havayın ən qədim adalarından biri olan Kayai-yə göndərilir və Tiffany&Co-dan 5000 dollarlıq sertifikat əldə edir.
Hitachi Data Systems
Orta illik əmək haqqı:

KFC yaranma tarixi

KFC brendinin yaranma tarixi Harland Sandersin (1890 – 1980) adı ilə bağlıdır. O məktəbdə cəmi 6 sinif təhsil alıb və bir neçə peşə dəyişib. Məsələn, o, qazanxana işçisi, təkər alverçisi, kuryer, konduktor işləmiş, fermerlərə kömək etmiş və hərbçi olmuşdur.
Onun 40 yaşı olduqda belə o bir yerdə uzun müddət qalmırdı. Lakin onun həyat yoldaşı ona inanaraq bütün uğursuzluqlara səbr edirdi. Buna baxmayaraq, ailə yoxsul vəziyyətdə yaşamağa davam edirdi.
1930-cu ildə onun avtomobil təmirxanası açmaq ideyası ailə üçün böyük bir yenilik oldu. Daha sonra Harland təmirxananın otaqlarından birini müştərilərin nahar edə biləcəyi yeməkxanaya çevirir. Təmirxananın digər otaqlarında isə onu ailəsi yaşayırdı.
Bu yeməkxanada cəmi

Webmoney haqqında.

Webmoney dünyada məşhur olan internet bankın xidmətlərindən biridir. Bu sistem ruslarındı və siz internetdən qazandığınız pulları öz Webmoney hesabınıza köçürə bilərsiniz. Webmoneydə siz özünüz üçün dollar (wmz) hesabı, rubl (wmr) hesabı, euro (wme) hesabı aça bilərsiz. Bu hesablarda olan pullarınızla isə internetdən bir çox məhsul əldə edə bilərsiniz. İnternetdə online satışla məşğul olan bir çox saytlar Webmoneyi dəstəkləyir. Bundan əlavə siz öz Webmoney hesabınızda olan pulu asanlıqla öz bank hesabınıza köçürə bilərsiniz. Nəzərinizə çatdırım ki, Webmoneydən qeydiyyatdan keçmək üçün heç bir sənədə ehtiyac yoxdur, 18 yaşından böyük olmaq vacib deyil və heç bir ödəniş edilmədən, pulsuz şəkildə qeydiyyatdan keçirsiniz. 
Webmoneydən qeydiyyatdan keç

15 Şubat 2016 Pazartesi

Al Paçinodan motivasiyalar

Bütün dahi və mükəmməl nəticələr komanda ilə əldə edilir. Yalnız komanda işi ilə yüksək nəticəli “son”-lara nail ola bilərsən!
İnsan tək olaraq da yüksək potensial nümayiş etdirə və uğura nail ola bilər. Lakin əgər güclü, inkişaf edən sistem haqqında danışırıqsa, bunun üçün sənə çiyin-çiyinə addımlayacaq eynifikirli komanda lazım olacaq. Hansı ki, onlar bir-birilərini dəstəkləyəcək və yalnızca öz uğuruna görə vuruşmayacaq, yoldaşı üçün də əlindən gələni edəcək.

Yeni biznes yaradanlar

Fəaliyyət növünüz nə qədər çox olarsa, bir o qədər yaxşıdır:
Yeni yaradacağınız biznes geniş spektrdə məhsul və yaxud xidmət sahəsini əhatə edə bilər. Burada düşünə bilərsiniz ki, fəaliyyət sahəniz nə qədər geniş olarsa, biznesiniz bir o qədər sabit olar. Belə ki, biznesinizin bir sahəsi qaydasında getməsə, narahat olmağa dəyməz. Çünki əlavə olaraq digər növləriniz var. Burada açar söz “çox” deyil, “bunu yaxşı şəkildə etmək”-dir. Bəs nə daha sabit olacaq? Çox sayda orta səviyyəli məhsul və yaxud xidmət və ya 1 keyfiyyətli məhsul və yaxud xidmət.
Biznes haqqında düşünün, imkanları qaçırmayın:

Dünyanın ən varlı 5 şəxsi


  1. Bill Gates
Sərvəti: $87,4 milyard
Yaşı: 60
Ölkə: ABŞ
Fəaliyyət sahəsi: Texnologiya
Gəlir mənbəyi: Microsoft
Bill Gates amerikalı sahibkar və ictimai xadim, xeyriyyəçi və Microsoft şirkətinin yaradıcılarından biridir (Poll Allen-lə birgə).
  1. Amansio Orteqa
Sərvəti