16 Şubat 2016 Salı

Ən yüksək maaş verən şirkətlər

Bingham McCutchen hüquq şirkətinin ortaqları ildə 216,000 dollar qazanır.
Əməkdaşlarına ən yüksək əmək haqqı verən digər şirkətlərlə tanış olaq.
Salesforce.com
Orta illik əmək haqqı: 129,157 dollar
Vəzifə: Proqram təminatı mühəndisi
Ən yaxşı şirkətlər reytinqində yeri: 19
Şirkət öz əməkdaşlarına çox saylı bonuslar təklif edir. Hər 6 aydan bir işçilər “Kokua” bonusları əldə edir. Öz planını yerinə yetirmiş 2 satış meneceri şirkət hesabına Havay adalarına səyahətə göndərilir. Daha uğurlu işçilər isə Havayın ən qədim adalarından biri olan Kayai-yə göndərilir və Tiffany&Co-dan 5000 dollarlıq sertifikat əldə edir.
Hitachi Data Systems
Orta illik əmək haqqı:
 134,752 dollar
Vəzifə: satış prosesinə dəstək
Ən yaxşı şirkətlər reytinqində yeri: 63
Bu şirkətdə əməkdaşlar öz əmək haqlarının 2,25 faizi həcmində bonus tələb edə bilər. Yox əgər bu da kifayət etmirsə o bu məbləğə əlavələr edilməsini tələb edə bilər. Bundan əlavə şirkət əməkdaşlarının xeyrinə bir çox xidmətlər (9000) təklif edir.
Cisco
Orta illik əmək haqqı: 135,653 dollar
Vəzifə: Texniki cəhətdən baş mühəndis
Ən yaxşı şirkətlər reytinqində yeri: 42
Bu şirkətin əməkdaşları hərbi xidmətə getdikdə əmək haqqısına bərabər olan məbləğdə çeklər əldə edir. Həmçinin bu əməkdaş xidmətdə olduğu müddətdə onun bonuslarını ailəsi əldə edir.
EOG Resources
Orta illik əmək haqqı: 138, 495 dollar
Vəzifə: Mühəndis
Ən yaxşı şirkətlər reytinqində yeri: 72
Bu şirkətdə orta əmək haqqı dərəcəsi 36,428 dollardır. Lakin işçilər əlavə olaraq 38 001 dollar, yaxud illik gəlirdən 104% əldə edirlər.
DevonEnergy
Orta illik əmək haqqı: 155,838 dollar
Vəzifə: Araşdırma və istehsal üzrə mütəxəssis
Ən yaxşı şirkətlər reytinqində yeri: 27
İqtisadi artım zamanı bu şirkətin əməkdaşları hər 6 aydan bir öz əmək haqlarına 4% artım əldə edirdilər. Bundan əlavə bütün əməkdaşlar mükafatlar alırdılar. 2011-ci ildə burada orta həcmli pul mükafatı 10 500 dollar həcmində idi.
Hilcorp Energy Company
Orta illik əmək haqqı: 159,944 dollar
Vəzifə: Mühəndis
Ən yaxşı şirkətlər reytinqində yeri: 7
Bu şirkətdə nəzərdə tutulan miqdarda neft istehsal edilsə şirkətin əməkdaşlarına bonus olaraq minimum 100 dollarlıq çek təklif edilir. Həmçinin burada əməkdaşların 3000 dollar həcmində nəqliyyat xərcləri də ödənilir. Bu xərclərə parking mərkəzindəki ödənişlər də daxildir ki, bu da əməkdaşlara ildə 1,500 dollardan artıq bir məbləğə qənaət etmək imkanı yaradır.
Arnold & Porter LLP
Orta illik əmək haqqı: 160,000 dollar
Vəzifə: şərik
Ən yaxşı şirkətlər reytinqində yeri: 62
Bu hüquq şirkətində hər cümə günü Nyu-Yorkdakı işçilər şərab, Vaşinqtondakı işçilər – ayda bir dəfə pizza, Los-Angelos, San-Fransisko və Denverdəki işçilər isə səhər yeməyi əldə edirlər.
Perkins Coie
Orta illik əmək haqqı: 165,815 dollar
Vəzifə: şərik
Ən yaxşı şirkətlər reytinqində yeri: 33
Bu şirkətin əməkdaşları könül rahatlığı ilə təqaüdə gedə bilərlər. Şirkət illik əmək haqqının 7.3%-ni təqaüd əmanəti olaraq ayırır. Bu şirkət həmçinin əməkdaşlarının ailə sığortası barədə də unutmur.
Alston & Bird
Orta illik əmək haqqı: 182,394 dollar
Vəzifə: şərik
Ən yaxşı şirkətlər reytinqində yeri: 23
Əməksevərlik bu şirkətdə çox yüksək qiymətləndirilir. Məzuniyyətdə olan əməkdaşın vəzifələrini yerinə yetirən digər əməkdaşa şirkət tərəfindən çox saylı bonuslar təqdim olunur.

Hiç yorum yok:

Yorum Gönder