15 Şubat 2016 Pazartesi

Əsl sahibkar olmaq nə deməkdir?!

Britaniyalı milyarder, brend səviyyəsində tanınan Riçard Brenson Entrepreneur jurnalının suallarını cavablandırarkən bu suala aydınlıq gətirmişdir.
“Sahibkar” sözü inanılmaz dərəcədə mükəmməldir. Biz dostlarımızla Virgin markası altında ilk biznesimizi yaratdıqda bəziləri nə etdiyimizi anlamayaraq kinayə ilə bizi “sahibkar” adlandırırdılar. Bu zaman biz özümüzü “sahibkar” adlandırmırdıq, çünki
bizə qəribə nəzərlərlə baxardılar.
Hazırda sahibkar olaraq fəaliyyət göstərən insanların sayı o qədər çoxdur ki, bu artıq həyat tərzinə çevrilib. Bizi tənqid edən insanlar əslində haqlı imişlər: biz həqiqətən də çoxdan qəbul edilmiş qaydaları pozduq. O zaman da, indi də, biz Virgin-də yeni biznes yaratdıqda yalnızca pul qazanmaq prosesini təkrar etmirik. Biz həmçinin insanların həyatında müsbət dəyişikliklərə səbəb olmaq və istehlakçılara faydalı təkliflər irəli sürmək istəyirik.

Hansı məhsul və yaxud xidməti təklif etməyimizdən asılı olmayaraq, istəyirik ki, bu məhsul digərlərində olduğundan fərqlənsin. Bizim sahibkarlıq yanaşmamızı cəsarətlə real üstünlük adlandırardım. Virgin markasının aviasəyahət bazarına çıxması skeptik qarşılansa da, tezliklə biz tənqidçilərə sərnişinlərin nə isə yenilik arzusunda olduğunu sübut edə bildik.
Mənim nöqteyi-nəzərimdən sahibkar – yalnızca biznesi yaradan şəxs deyil. Biznes yarandıqdan sonra həmin şəxsdə yeni-yeni ideyalar yaratmaq həvəsi yaranır və o əzmlə müsbət dəyişikliklərə nail olur. Şirkətlər möhkəm olmalıdır. Bu möhkəmlik rəhbərlikdən başlayır. Rəhbərlər yeni bazarlar kəşf etmək arzusunda olmadıqda biznesin inkişafını gözləmək yalnış fikirdir.
Bundan əlavə, sahibkar karyera pilləsində irəlilədikdə yeni qayğılar peyda olur – ailə, ipoteka və s. Əgər siz bazarı dəyişə biləcək ideyaya sahib olduğunuzu düşünürsünüzsə və bununla belə eyni öhdəliklərə sahibsinizsı, bu sahibkar üçün əsl imtahandır. Uğursuzluğa hazır olun, tam məğlubiyyətdən özünüzü sığortalayın.
Sahibkar  həmçinin iş yerlərinin yaradıcısı, deməli oyunun qaydalarını yazan, biznes lider, innovator və diversantdır.  Lakin ən əsası, sahibkar  – sizsiniz, əgər bunu həqiqətən istəyirsinizsə!

Hiç yorum yok:

Yorum Gönder