14 Şubat 2016 Pazar

Wall-Street-in ən məşhur investorlarının sitatları

  • Warren Buffett, sərvəti 39 milyard dollar: “Qiymət – sənin ödədiyin, dəyər isə əldə etdiyindir. Bizim səhm və yaxud adi corabdan danışmağımızdan asılı olmayaraq keyfiyyətli məhsul layiqincə dəyər qazanmadığı an onu almağa üstünlük verirəm”.
  • George Soros, sərvəti 22 milyard dollar: “Mən ona görə varlıyam ki, haqsız olduğum zaman bunun fərqindəyəm. Sadə dillə desək, öz səhmlərimi qəbul etmək bacarığım sayəsində “sağ qalmağı” bacarmışam”.
  • David Rubenstein, sərvəti 2,8 milyard dollar: “İnad edin, “yox”-u cavab olaraq seçməyin. Eyni yerdə oturaraq və riskə getməyərək özünüzü xoşbəxt hiss edirsinizsə, növbəti 20 il ərzində də eyni yerdə qalacaqsınız”.
  • Boone Pickens, sərvəti 1,4 milyard dollar: “Yaşım artdıqca hara getməli olduğumu daha aydın şəkildə dərk edirəm. Əgər fil ovuna çıxmaq istəyirsinizsə, dovşanlara görə yoldan çıxmaq lazım deyil”.
  • Charlie Munger, sərvəti 1 milyard dollar: “Özünüzün son 15 qərarınıza fikir versəniz kifayət qədər orta səviyyəli nəticələr əldə etdiyinizi görəcəksiniz. Heç bir hiperaktivlik müşahidə edilməsə də, böyük səbr nəzərə çarpır. Öz prinsip və imkanlarınıza arxalanmalı, şans yarandıqda isə ondan maksimum şəkildə istifadə etməyə çalışmalısınız”.
  • David Tepper, sərvəti 5 milyard dollar: “Bu şirkət ucuz görünür… O şirkət ucuz görünür… Lakin iqtisadiyyat işin mahiyyətini tamamilə dəyişir. Burada əsas olan gözləməkdir. Bəzən ən çətin iş heç bir şey etməməkdir”.
  • Benjamin Graham: “İndividual investor ardıcıl olaraq investor, qeyri-ardıcıl olaraq spekulyant kimi hərəkət etməlidir. Bu o deməkdir ki, o özünün hər bir alışı və ödədiyi məbləğ haqqında ədalətli fikir yürütməlidir. Qiymətləndirmə obyektivli, əsaslı olmalı və onun nəticəsi “investor ödədiyindən daha artığını əldə etdimi?” sualına cavab verməlidir”.
  • Lewis Bacon, xalis gəliri 1,4 milyard dollar: “Əgər spekulyantsınızsa qarışıqlıq və xaosu qəbul etməlisiniz”.
  • Paul Tudor Jones, xalis gəliri 3,2 milyard dollar: “Hər şeydən daha vacib olan vəziyyəti nəzarət altında saxlamaq, güman etməmək, daim ticarət aparmaq və öz dayaqlarını qorumaqdır. Nəticədə ölçü artıq heç bir əhəmiyyət daşımır”.
  • Bruce Kovner, xalis gəliri 4,3 milyard dollar: “Düşünürəm ki, yeni başlayan treyderlər lazım olduğundan 3-5 dəfə artıq ticarət aparırlar. Yeni başlayanlar faiz yalnızca 1-2% olduqda üzərlərinə 5-10%-lik risk götürə bilərlər”.
  • Rene Rivkin, xalis gəliri 346 milyon dollar: “Səhm alarkən özünüzdən soruşun – Bu şirkəti bütünlüklə alardınızmı?”.

Hiç yorum yok:

Yorum Gönder