Foreks nedir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Foreks nedir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

16 Şubat 2016 Salı

Webmoney haqqında.

Webmoney dünyada məşhur olan internet bankın xidmətlərindən biridir. Bu sistem ruslarındı və siz internetdən qazandığınız pulları öz Webmoney hesabınıza köçürə bilərsiniz. Webmoneydə siz özünüz üçün dollar (wmz) hesabı, rubl (wmr) hesabı, euro (wme) hesabı aça bilərsiz. Bu hesablarda olan pullarınızla isə internetdən bir çox məhsul əldə edə bilərsiniz. İnternetdə online satışla məşğul olan bir çox saytlar Webmoneyi dəstəkləyir. Bundan əlavə siz öz Webmoney hesabınızda olan pulu asanlıqla öz bank hesabınıza köçürə bilərsiniz. Nəzərinizə çatdırım ki, Webmoneydən qeydiyyatdan keçmək üçün heç bir sənədə ehtiyac yoxdur, 18 yaşından böyük olmaq vacib deyil və heç bir ödəniş edilmədən, pulsuz şəkildə qeydiyyatdan keçirsiniz. 
Webmoneydən qeydiyyatdan keç

15 Şubat 2016 Pazartesi

Al Paçinodan motivasiyalar

Bütün dahi və mükəmməl nəticələr komanda ilə əldə edilir. Yalnız komanda işi ilə yüksək nəticəli “son”-lara nail ola bilərsən!
İnsan tək olaraq da yüksək potensial nümayiş etdirə və uğura nail ola bilər. Lakin əgər güclü, inkişaf edən sistem haqqında danışırıqsa, bunun üçün sənə çiyin-çiyinə addımlayacaq eynifikirli komanda lazım olacaq. Hansı ki, onlar bir-birilərini dəstəkləyəcək və yalnızca öz uğuruna görə vuruşmayacaq, yoldaşı üçün də əlindən gələni edəcək.

Yeni biznes yaradanlar

Fəaliyyət növünüz nə qədər çox olarsa, bir o qədər yaxşıdır:
Yeni yaradacağınız biznes geniş spektrdə məhsul və yaxud xidmət sahəsini əhatə edə bilər. Burada düşünə bilərsiniz ki, fəaliyyət sahəniz nə qədər geniş olarsa, biznesiniz bir o qədər sabit olar. Belə ki, biznesinizin bir sahəsi qaydasında getməsə, narahat olmağa dəyməz. Çünki əlavə olaraq digər növləriniz var. Burada açar söz “çox” deyil, “bunu yaxşı şəkildə etmək”-dir. Bəs nə daha sabit olacaq? Çox sayda orta səviyyəli məhsul və yaxud xidmət və ya 1 keyfiyyətli məhsul və yaxud xidmət.
Biznes haqqında düşünün, imkanları qaçırmayın:

14 Şubat 2016 Pazar

Wall-Street-in ən məşhur investorlarının sitatları

  • Warren Buffett, sərvəti 39 milyard dollar: “Qiymət – sənin ödədiyin, dəyər isə əldə etdiyindir. Bizim səhm və yaxud adi corabdan danışmağımızdan asılı olmayaraq keyfiyyətli məhsul layiqincə dəyər qazanmadığı an onu almağa üstünlük verirəm”.
  • George Soros, sərvəti 22 milyard dollar: “Mən ona görə varlıyam ki, haqsız olduğum zaman bunun fərqindəyəm. Sadə dillə desək, öz səhmlərimi qəbul etmək bacarığım sayəsində “sağ qalmağı” bacarmışam”.
  • David Rubenstein, sərvəti 2,8 milyard dollar: “İnad edin, “yox”-u cavab olaraq seçməyin. Eyni yerdə oturaraq və riskə getməyərək özünüzü xoşbəxt hiss edirsinizsə, növbəti 20 il ərzində də eyni yerdə qalacaqsınız”.
  • Boone Pickens, sərvəti 1,4 milyard dollar: “Yaşım artdıqca

Google haqqında bilmədiklərimiz


İlk dəfə "doodle" 1998-ci ildə istifadə edilib. “Google”un yaradıcıları Lerri Peyc və Sergey Brin ofisdə olmadıqlarını istifadəçilərə bildirmək üçün bu yolu seçmişdilər. Və həmin ildən bəri “Google” xüsusi günləri özünəməxsus "doodle"larla qeyd edir. 

Qarajda fəaliyyətə başlayan və getdikcə böyüyən şirkət 1999-cu ilin noyabrında kirayəyə mənzil götürür. O vaxt şirkətin 40 işçisi var idi.

2004-cü ildə “Google” səhmlərinin satışa çıxarlmasından sonra təxminən minə qədər şirkət işçisi milyoner olub.

“Google”un email xidməti olan “Gmail” bu gün üçün 50-dən çox dili dəstəkləyir. Bunların içərisində Uels, Bask kimi az tanınan dillər də var.

Şirkət daxilində yeni işçiyə "Noogler", təcrübəli işçiyə “Xoogler” deyilir.

Təəccüblü olsa da,

30 yaşa qədər necə varlanmaq olar?

Etiraf etmək lazımdır ki, yaşımız nə qədər gənc olsa həyatdan bir o qədər çox şey gözləyirik. Yaşımız artdıqca isə, bu həvəs artıq qüvvədən düşür. Öz 30 yaşına hələ uzun müddət qaldığı halda sahibkar və investor olmağı bacarmış Aaron Pitman “Gənclər necə varlana bilər?” mövzusunda öz biliklərini paylaşmışdır.

Forex bazarının ən “bacarıqlı” fırıldaqçıları

Li Kvibinq – 200 milyon dollardan 1 milyard dollara qədər
Mis qiymətlərinin növbəti şübhəli dəyişməsi 2005-ci ildə, yəni Li Kvibinqin Çin rəhbərliyinin maraqları çərçivəsində metalla ticarət həyata keçirdiyi zaman baş vermişdi. Bu zaman o nəhəng yatırım edir (təqribən 200 000 ton) və bu mis qiymətlərinin ilkin enməsinə səbəb olur. Lakin nəticədə misə qlobal tələbatın artması fonunda bu müqavilənin böyük itkilərlə üzləşməsinə gətirib çıxarır.
Bütün izlər Çinin dövlət ehtiyat bürosuna apardığından, digər treyderlər anladı ki, Çin qısa pozisiyaalrı doldurmalı olacaq. Bu misin qiymətini qaldırdı. Çin rəhbərliyi qiymətləri endirməyə çalışır və iddia edirdi kio, mis ehtiyatı əvvəl qiymətləndirildiyindən 5 dəfə artıqdır və hətta ümumiyyətlə Li Kvibinqin mövcud olduğunu inkar edirdi. İtkilərin həcmi və Li Kvibinqin harada olduğu hələ də sual altındadır.
Cerom Kervil – 7.1 milyard dollar
Cerom Kervilin avropalı fyuçerslərdə spekulyant davranışları onun “Societe Generale” bankına 7 milyard dollardan çox zərər qazandırmışdı.
Cerom Kervil də digərləri kimi vəzifəsinin qazandırdığı üstünlüklərdən istifadə edərək sistemdə manipulyasiyalar edə bilirdi. Lakin o öz fırıldaqçılıq əməllərindən heç bir şəxsi gəlir əldə etmirdi. Bununla belə, 2007-ci ilin ipoteka böhranı onun məğlubiyyətini sürətləndirmişdi.

13 Şubat 2016 Cumartesi

Azərbaycan və İnternetdən pul qazanmaq – 8 Maddə !

Milyonlarla insanın günlük gəlirlərini internetdən qazandığını eşitmisən. Bunu səndə edə bilərsən, lakin sıfırdan başlamaq üçün mütləq və mütləq köməyin olmadan, bu biznesi uğurlu bir şəkildə apara bilməyəcəksən. Xüsusiylə də internetdən pul qazanmaq kategoriyasında Azərbaycanda çox da önəmli saytların olmadığını bilərək. Bəs Azərbaycanda internetdən pul qazanmaq olar mı? OLAR! 

Ölkəmizdə internetdən pul qazanmaq o qədər də populyar deyil. Bunun səbəblərini açıqlamaq lazım olarsa aşağıdakı maddələri düşünək.

1) Azərbaycanda online pul qazanan insanların çox az olması

2) Bu işi bilən insanların digərlərinə kömək etməməsi

3) Azərbaycan bazarında Şəbəkə şirkətlərinin bu sahəyə vurduğu ziyan (baxış tərzi)

4) Ölkəmizdə tanınan online qazanc sistemlərin yararsız sistemlər olması

5) Sosial Mediadan düzgün istifadə olunmaması

6) Marketing sahəsinin araşdırılmaması

7) İnamsızlıq

8) İnsanımızın düşüncə tərzinin bu sahəyə uyğun olmaması