internetde para kazanmak etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
internetde para kazanmak etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

15 Şubat 2016 Pazartesi

Yeni biznes yaradanlar

Fəaliyyət növünüz nə qədər çox olarsa, bir o qədər yaxşıdır:
Yeni yaradacağınız biznes geniş spektrdə məhsul və yaxud xidmət sahəsini əhatə edə bilər. Burada düşünə bilərsiniz ki, fəaliyyət sahəniz nə qədər geniş olarsa, biznesiniz bir o qədər sabit olar. Belə ki, biznesinizin bir sahəsi qaydasında getməsə, narahat olmağa dəyməz. Çünki əlavə olaraq digər növləriniz var. Burada açar söz “çox” deyil, “bunu yaxşı şəkildə etmək”-dir. Bəs nə daha sabit olacaq? Çox sayda orta səviyyəli məhsul və yaxud xidmət və ya 1 keyfiyyətli məhsul və yaxud xidmət.
Biznes haqqında düşünün, imkanları qaçırmayın:

14 Şubat 2016 Pazar

Warren Buffet-dən ən yaxşı investisiya məsləhətləri

Amerikalı sahibkar Warren Buffet dünyanın ən məşhur investorlarından biridir. Forbes jurnalının illik milyarder reytinqinə əsasən Berkshire Hathaway  şirkətinin rəhbərinin şəxsi kapitalı 2013-cü ildə 58,2 milyard dollar təşkil edirdi. Bu da onu planetin ən varlı 4-cü insanı edir.
Buffet mütəmadi olaraq öz müsahibələrində, uğura nail olmaq üçün ən faydalı kitablardan, uğur fəlsəfəsindən danışır.
Aşağıda sizə məşhur investorun yeni başlayan və işində daha da irəli getmək istəyən investorlara bu qəbildən olan məsləhətlərini təqdim edirik:

Forex bazarının ən “bacarıqlı” fırıldaqçıları

Li Kvibinq – 200 milyon dollardan 1 milyard dollara qədər
Mis qiymətlərinin növbəti şübhəli dəyişməsi 2005-ci ildə, yəni Li Kvibinqin Çin rəhbərliyinin maraqları çərçivəsində metalla ticarət həyata keçirdiyi zaman baş vermişdi. Bu zaman o nəhəng yatırım edir (təqribən 200 000 ton) və bu mis qiymətlərinin ilkin enməsinə səbəb olur. Lakin nəticədə misə qlobal tələbatın artması fonunda bu müqavilənin böyük itkilərlə üzləşməsinə gətirib çıxarır.
Bütün izlər Çinin dövlət ehtiyat bürosuna apardığından, digər treyderlər anladı ki, Çin qısa pozisiyaalrı doldurmalı olacaq. Bu misin qiymətini qaldırdı. Çin rəhbərliyi qiymətləri endirməyə çalışır və iddia edirdi kio, mis ehtiyatı əvvəl qiymətləndirildiyindən 5 dəfə artıqdır və hətta ümumiyyətlə Li Kvibinqin mövcud olduğunu inkar edirdi. İtkilərin həcmi və Li Kvibinqin harada olduğu hələ də sual altındadır.
Cerom Kervil – 7.1 milyard dollar
Cerom Kervilin avropalı fyuçerslərdə spekulyant davranışları onun “Societe Generale” bankına 7 milyard dollardan çox zərər qazandırmışdı.
Cerom Kervil də digərləri kimi vəzifəsinin qazandırdığı üstünlüklərdən istifadə edərək sistemdə manipulyasiyalar edə bilirdi. Lakin o öz fırıldaqçılıq əməllərindən heç bir şəxsi gəlir əldə etmirdi. Bununla belə, 2007-ci ilin ipoteka böhranı onun məğlubiyyətini sürətləndirmişdi.

13 Şubat 2016 Cumartesi

WhatsApp-ın təsisçisi necə milyarder oldu?

Yan Kum, WhatsApp-ın təsisçisi və rəhbəri nə vaxtsa kart üzrə ərzaq alırdı, amma Facebook şirkəti ilə satış müqaviləsindən sonra milyarder oldu. 
Sərvəti: 7,7 milyard dollar (Forbes-in məlumatına görə)
37 yaşlı Kum ABŞ-a 16 yaşı olanda gəlib. Onun ailəsi ərzaq kartları ilə dolanırdı. Onlar bu kartları Kumun gələcək ofisindən iki kvartal uzaqlaıda Kaliforniya ştatında Maunten-Vyuda alırdılar.
2009-cu ildə Kum və şirkətin həmtəsisçisi Brayan Ekton bütün dünyada olan insanları birləşdirmək üçün real zaman kəsiyində ünsiyyət qurmağın mümkün olduğu proqramı işə saldılar.
600 milyondan çox istifadəçisi olan WhatsApp Facebook-a 19 milyarda satılıb.
Bu sazişin nəticəsində Kum milyarder oldu.

Varlı olmağın 5 əsas şərti


Amerikalı yazıçı Stiv Siebold varlanmaq haqqında kitab yazıb. Yazıçı kitabında insanın varlana bilmək üçün lazım olan şərti tapıb.

Əgər doğurdan da imkanlı olmaq istəyirsinizsə, ilk olaraq milyonçu kimi düşünməyi öyrənməlisiniz.

1. Varlı və orta təbəqəyə məxsus insanlar arasında ən böyük fərq onların pul haqqındakı düşüncəsidir. Belə ki, yoxsullar gələcəyi barədə daima narahat olurlar. Bu narahatlıq onların düşünməsinə hər zaman mane olur və beyinin məşğul olmasına yol açır. Bu duyğu onlara pullarını qorumağa və onları toplamağa vadar edir. Varlılar isə daha asan və azad qərarlar qəbul edirlər. Onlar zehni enerjilərini problemlərini həll etməyə yönəldirlər.

2. Orta yaşayış tərzində həyat sürənlər qənaətə, varlılar isə daha çox qazanmağın yollarını öyrənməyə can atır. İmkansızlar işləməklə zəngin olmanın yollarını, varlılar risklərlə zəngin ola biləcəklərinə inanırlar.

3. Kasıblar daim pullarının bitəcəyi qorxusu ilə, varlılar isə daha çox pul qazanmaq yollarını axtarmaqla yaşayırlar. Yoxsullar pula duyğusal, varlılar isə məntiqlə yanaşırlar.

4. Orta təbəqə varlanmağın öz əllərində olmadığını düşündükləri halda, varlılar bu gücün insanın içində var olduğuna inanırlar.

5. Orta təbəqəyə məxsus insanlar düşdükləri çətin vəziyyətdən kiminsə onları xilas etməsini gözləyir. Varlılar isə heç kimin gəlib onları xilas etməyəcəyini dərk edir və öz işlərini vaxtında həll etməyə çalışırlar.

Azərbaycan və İnternetdən pul qazanmaq – 8 Maddə !

Milyonlarla insanın günlük gəlirlərini internetdən qazandığını eşitmisən. Bunu səndə edə bilərsən, lakin sıfırdan başlamaq üçün mütləq və mütləq köməyin olmadan, bu biznesi uğurlu bir şəkildə apara bilməyəcəksən. Xüsusiylə də internetdən pul qazanmaq kategoriyasında Azərbaycanda çox da önəmli saytların olmadığını bilərək. Bəs Azərbaycanda internetdən pul qazanmaq olar mı? OLAR! 

Ölkəmizdə internetdən pul qazanmaq o qədər də populyar deyil. Bunun səbəblərini açıqlamaq lazım olarsa aşağıdakı maddələri düşünək.

1) Azərbaycanda online pul qazanan insanların çox az olması

2) Bu işi bilən insanların digərlərinə kömək etməməsi

3) Azərbaycan bazarında Şəbəkə şirkətlərinin bu sahəyə vurduğu ziyan (baxış tərzi)

4) Ölkəmizdə tanınan online qazanc sistemlərin yararsız sistemlər olması

5) Sosial Mediadan düzgün istifadə olunmaması

6) Marketing sahəsinin araşdırılmaması

7) İnamsızlıq

8) İnsanımızın düşüncə tərzinin bu sahəyə uyğun olmaması

Evdə qazan!

Frilans muzdlu şəkildə işləyən və uzun müddətli perspektivdə hər-hansı bir sahibkarın yanında çalışmağa can atmayan şəxsdir. Bu termin daha çox yazmaq biznesi ilə əlaqədar meydana çıxmışdır. Siz jurnal və qəzetlərə məqalələr təqdim edirsiniz və sözlərin sayına görə ödəniş alırsınız. Bugünkü gündə frilans sahəsində bir çox insan çalışır. Bunun ən əsas səbəbləri aşağıdakılardır:
Siz öz qrafikinizin rahatlığı əsasında işləyə bilərsiniz;
Siz evdən işləyə bilərsiniz;
Başınızın üzərində müdiriniz yoxdur.
İnternetdə asanlıqla onlayn frilans peşələri tapa biləcəyiniz digər sahələr: tərcümə, proqramlaşdırma, veb səhifələrin dizaynı, konsulsatiya və sairdir.
Müştərilərə Xidmət. Bir çox biznes sahələri öz məhsullarını müştəri xidmətləri şöbələri vasitəsilə dəstəkləyir. Bir çox hallarda bu o deməkdir ki, şirkətdə müştərilərdən gələn telefon zənglərinə cavab verən insanlar vardır. Daha çox sayda biznes müəssisələri həm də öz veb səhifələri və elektron poçt vasitəsilə müştəri xidmətlərini elektron şəkildə təklif edirlər. Veb səhifəsində müştəri xidmətlərinə canlı söhbət vasitəsilə satışlar və dəstək aid edilə bilər. Bundan istifadə etmək üçün, müştəri canlı şəxslə söhbəti tələb edən linkə tıklayır və müştəri xidməti üzrə nümayəndə sorğuya cavab verərək söhbət pəncərəsi vasitəsilə müştəri ilə danışır. Elektron poçt vasitəsilə müştəri xidməti üçün müştəri Veb səhifəsində formanı doldurur və yaxud müəyən bir ünvana birbaşa elektron məktub göndərir. 
Canlı söhbət və elektron poçtun yalnız etibarlı internet bağlantısı və Veb brauzerə malik olmaqdan asılı olduğuna görə biznes müəssisələrinin çoxu bu xidmətlər üçün evdən fəaliyyət göstərən işçiləri işə götürməkdə maraqlıdırlar. Nəticədə, Talk2Rep kimi müştəri xidmətləri üzrə podratçı şirkətlər daxil olan və gedən telefon zənglərindən əlavə elektron poçt və canlı söhbət dəstəyini də əhatə edirlər. Bu xidmət üçün ödəniş dərəcələri minimal və ya komissiya haqlarına əsaslanan olduğundan, əgər sizin belə bir işə istedadınız vardırsa, onlayn müştəri xidmətlərinə getdikcə artan tələbat onu etibarlı gəlir mənbəyinə çevirir.

12 Şubat 2016 Cuma

Cox qazanmaq isteyenler oxusun...

internetden pul qazanmagin yollarindan biri

Yaxın zamanlarda, bu ifadə çox populyar olmuşdur. Hər gün internet biznesinə qoşulan adamların sayı artır. 2015-ci ilin proqnozlarına görə Avropada onlayn biznesin həcmi 110 milyard dollar, ABŞ - da isə 140 milyarddan çox olmuşdur. MDB ölkələrində, internet biznesin templəri daha azdır, 2015-ci ildə, təcrübəli qiymətləndirmələrə müvafiq olaraq - bu 1.55 milyard dollara bərabər idi, ancaq böyümə tempi 30-50% hər il artır. İnternet - radio, qəzetlər və ya televiziya kimi həyatın ayrılmaz tərkibi olub. Hər il bu şəbəkəyə qoşulan həmvətənlərimiz sayı artır. İnternet çoxları üçün artıq müxtəlif disklərin, kitabların və proqramların yükləməkdən başqa həmdə real pul qazanmaq kimi imkanlar verir. Demək olar ki hər internet istifadəçisi, əvvəl-axır, bilmək istəyir: internetdə pul qazanmaq mümkündürmü?. Əgər siz indi bunu oxuyursunuzsa - siz həmçinin maraqlandınız. Və siz müvəffəqiyyətli interaktiv biznesi başlamaq üçün bütün şanslara maliksiniz. Ancaq çox adamlar internet biznesdən çox böyük və sürətli pullar gözləyir, çünki müəyyən saytlarda söz verirlər ki, siz bir ayda 500-dən 5000 $-a qədər qazana bilərsiniz. Belə səhvlər müxtəlif piramidaların və sponsorların hekayələri ilə doğrulur. Beləliklə, adamlar qazanmaq üçün internetə gəlir, sponsorlara pul verir və aldanmış olur. Bundan başqa, onlar deyirlər: internetdə pul - mifdir. Pul qazanmaq qeyri-mümkündür. İnternetdə qazanmq faktdır artıq ,aydınlaşdımağa ehtiyac duyulmur. Dünyada minlərlə adam internetdə qazanır. Qərbdə bu artıq reallıqdır, bizdə isə inkişaf etməmiş bir sahədir. Dünyanın ən varlı adamların bəziləri internet biznesindən istifadə edirlər. Bu Bill Qeytsdir - hansı ki 25 ilə 500 milyard $ korporasiyasını yaradıb, Apple kompüterləri - Stiv Cobs, Lotus Notus - Cim Manz, Novellden Rey Nurdi, Google-dan Sergey Brin və Larri Peydc və başqaları. MDB ölkələrində, belə adamlar çox azdır. Onların öz şirkətləri, müəssisələri yoxdur, onlar heç bir şey istehsal etmirlər. Pul qazanmaq üçün ancaq fərdi kompüter və internetə giriş lazimdır. Pulun qazancı internetdə informasiyanın üzərində qurulur. İnformasiya bütün adamlara lazımdır. İnformasiyanın istehsalı sadə və ucuzdur. İnternet biznesi - maraqlı və yaradıcı işdir. Bu sahədə hər kəs qazanc əldə edə bilər. Yaşdan, təhsildən və yaşayış yerindən asılı olmayaraq. Əsas odur ki öz qarşısında məqsəd qoyasınız. Bu materiallar sizə kömək edəcək ki, siz istiqamət seçə bilərsiniz. Təklif edilmiş pul qazanmağın üsulları sizə internet biznesinin müvəffəqiyyətli başlanğıcı üçün zəruri ola bilər.

9 Şubat 2016 Salı

Google adsense ile qazan

Reklam ilə pul qazanmaq isterdiz? Reklam internet reklamcılığında ən çox qazandıran reklam şirkətlərinin başında yer alır. Googlenin sahib olduğu şirkət olan Adsensesin reklam optimallaşdırılması yüksəkdir. Bu sayədə webmasterlara yüksək ödənişlər ödəyir. Yaxşı Google Adsense ilə nə qədər qazana bilersiz? Bu mövzuda internet girişimcilerinin Reklam qazanclarını siyahıda var. Adsansasadan ən çox pul qazanan şirkətlər:
TechCrunch:
Texnologiya xəbər saytı olan techcrunch 2001-ci ildə quruldu. Micheal Arrington'un qurduğu saytın aylıq gəliri 150 min dollardır. Aylıq təxminən 400 milyon səhifə gösterimi vardır.
Digg:
Maraqlı xəbər və hadisələrin paylaşıldığı sayt olan Digg 2000-ci ildə Kevin Rose tərəfindən quruldu. Aylıq ziyarətçisi 60 milyon olan saytın aylıq gəliri 200 min dollardır.
Digital Point:
Webmaster məsələlərinin paylaşıldığı məşhur forumun aylıq ziyarətçisi 96 milyondur. 1999-ci ildə qurulan saytın aylıq qazancı 230 min dollardır.
Mashable:
Sosial Haber saytı olan Mashable 2005-ci ildə nəşr həyatına girdi və aylıq ziyarətçisi 120 milyondur. Peter Cashmore'nin sahibi olduğu saytın aylıq dəqiq gəliri 300 min dollardır.
eHow:
"How" suallarına cavab verən sayt olan eHow ictimai bir xəbər saytıdır. Ağıllı bir təşəbbüskar olan Courtney Rosen 1999-ci ildə saytı qurdu. Aylıq 100 milyon istifadəçiyə sahib saytın aylıq gəliri 400 min dollardır.

Internetden pul qazanmagin yollari