internetden pul qazan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
internetden pul qazan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
23 Şubat 2016 Salı
22 Şubat 2016 Pazartesi
Çində biznes qurmaq istəyənlər
Kosmetika
Çində orta hədlə üzə qulluq üçün vasitənin 1 flakonunu yaratmaq üçün araşdırma da daxil olmaqla 6,5-dən 10 yuana (1.60 dollar) qədər vəsait tələb olunur. Lakin pərakəndə şəbəkələrdə bu kosmetika 560 yuana, yəni 89 dollara satılır.
Şəxsi gigiyena vasitələri
Buraya dezodorant, şampun və diş pastası daxildir. 2003-cü ildə gəlirlilik reytinqində bu sahə ikinci pillədə idi və orta hədlə illik 14,5% gəlir gətirirdi.
İçki istehsalı
Burada qiyməti 2 yuan olan (0,31 dollar) olan 1 şüşə qazlı su 0,07 yuana (0,011 dollara) istehsal edilir.
20 Şubat 2016 Cumartesi
Cadillac şirkəti necə yarandı
Ötən əsrin əllinci illərində əksər ABŞ sakini üçün misli görünməmiş çiçəklənmə dövrü idi. Həmin vaxtlarda Böyük Depressiya da sona çatmışdır, müharibə artıq arxada qalmışdı və bir neçə onillik ərzində daimi məhrumiyyətlər şəraitində yaşamış amerikalılar sanki bolluq içərisinə düşmüşdülər, onlara verilən sovqatlardan su kimi istifadə edirdilər. Burada külli miqdarda məhsul mövcud idi: böyük soyuducular, qabyuyan maşınlar və hətta şəhərkənarı kotteclər.
Müharibənin bitməsindən dərhal sonra avtomobil şirkətlərinin əksəriyyəti aktiv olaraq istehsalı genişləndirməyə başladı, axı insanların
18 Şubat 2016 Perşembe
Ən nəhəng şirkətlər
Bloomberg agentliyinin verdiyi məlumata görə, növbəti dəfə kapitalizasiya həcminə görə planetin ən nəhəng şirkətlərinin reytinqi təşkil edilmişdir.- Keçən ilin yekunları əsasında təşkil edilmiş dünya reytinqində ilk pilləni Apple Inc. şirkəti tutmuşdur. Lakin bununla yanaşı, iPhone və iPad istehsalçısı olan şirkətin kapitalizasiyası bir o qədər də çox artmamışdır. Cəmi 0,8%. Şirkətin kapitalizasiyası 2012-ci ildəki 500,6 milyard dollar ilə müqayisədə 504,8 milyard dollar təşkil edir.
15 Şubat 2016 Pazartesi
Al Paçinodan motivasiyalar
Bütün dahi və mükəmməl nəticələr komanda ilə əldə edilir. Yalnız komanda işi ilə yüksək nəticəli “son”-lara nail ola bilərsən!
İnsan tək olaraq da yüksək potensial nümayiş etdirə və uğura nail ola bilər. Lakin əgər güclü, inkişaf edən sistem haqqında danışırıqsa, bunun üçün sənə çiyin-çiyinə addımlayacaq eynifikirli komanda lazım olacaq. Hansı ki, onlar bir-birilərini dəstəkləyəcək və yalnızca öz uğuruna görə vuruşmayacaq, yoldaşı üçün də əlindən gələni edəcək.
Yeni biznes yaradanlar
Yeni yaradacağınız biznes geniş spektrdə məhsul və yaxud xidmət sahəsini əhatə edə bilər. Burada düşünə bilərsiniz ki, fəaliyyət sahəniz nə qədər geniş olarsa, biznesiniz bir o qədər sabit olar. Belə ki, biznesinizin bir sahəsi qaydasında getməsə, narahat olmağa dəyməz. Çünki əlavə olaraq digər növləriniz var. Burada açar söz “çox” deyil, “bunu yaxşı şəkildə etmək”-dir. Bəs nə daha sabit olacaq? Çox sayda orta səviyyəli məhsul və yaxud xidmət və ya 1 keyfiyyətli məhsul və yaxud xidmət.
Biznes haqqında düşünün, imkanları qaçırmayın:
Əsl sahibkar olmaq nə deməkdir?!
Britaniyalı milyarder, brend səviyyəsində tanınan Riçard Brenson Entrepreneur jurnalının suallarını cavablandırarkən bu suala aydınlıq gətirmişdir.
“Sahibkar” sözü inanılmaz dərəcədə mükəmməldir. Biz dostlarımızla Virgin markası altında ilk biznesimizi yaratdıqda bəziləri nə etdiyimizi anlamayaraq kinayə ilə bizi “sahibkar” adlandırırdılar. Bu zaman biz özümüzü “sahibkar” adlandırmırdıq, çünki
Biznes dünyası
1) Bu gün Amazon saytı saniyədə 158 məhsul satır.
2) Volkswagen konserni Bentley, Bugatti, Lamborghini, Audi, Ducati və Porsche avtomobillərinin sahibidir.
3) 1997-ci ildə Yahoo! Kompaniyası Google axtarış saytını cəmi 1milyon dollara almaq bərədə edilən təklifdən imtina etmişdi. Bu gün isə Google-un qiyməti 250 milyard dollardır.
4) İndiyəcən yazılmış mahnıların 92%-i
14 Şubat 2016 Pazar
Wall-Street-in ən məşhur investorlarının sitatları
- Warren Buffett, sərvəti 39 milyard dollar: “Qiymət – sənin ödədiyin, dəyər isə əldə etdiyindir. Bizim səhm və yaxud adi corabdan danışmağımızdan asılı olmayaraq keyfiyyətli məhsul layiqincə dəyər qazanmadığı an onu almağa üstünlük verirəm”.
- George Soros, sərvəti 22 milyard dollar: “Mən ona görə varlıyam ki, haqsız olduğum zaman bunun fərqindəyəm. Sadə dillə desək, öz səhmlərimi qəbul etmək bacarığım sayəsində “sağ qalmağı” bacarmışam”.
- David Rubenstein, sərvəti 2,8 milyard dollar: “İnad edin, “yox”-u cavab olaraq seçməyin. Eyni yerdə oturaraq və riskə getməyərək özünüzü xoşbəxt hiss edirsinizsə, növbəti 20 il ərzində də eyni yerdə qalacaqsınız”.
- Boone Pickens, sərvəti 1,4 milyard dollar: “Yaşım artdıqca
13 Şubat 2016 Cumartesi
Bill Gatesdən motivasiya dərsləri
- Lazımi anda lazımlı layihə üzərində işləmək çox vacibdir.
- İmitasiya bəzən innovasiyadan daha yaxşıdır. Lakin bəzən.
- Imkanları özünüz axtarıb tapmalısınız – onlar öz-özünə çıxmazlar.
- Elə bir şey yaradın ki, iz qoysun.
- Vacib deyil ki, birinci olasınız.
- Həyat ədalətsizdir, artıq buna alışmalısınız.
- Rəqabət barəsində narahat olmağa dəyməz. Lakin onu unutmaq da olmaz.
Warren Buffet 5 qızıl qayda
1. Öyrənməyə vaxt ayırın
Siz bunun üçün gündəlik və ya həftəlik planlar qura bilərsiniz. Bu plana yeni bir şey öyrənmək, biliklərini möhkəmləndirmək və ya yaradıcılıqla bağlı müxtəlif fəaliyyətlər daxil edə bilərsiniz. Gündəlik, həftəlik, aylıq planların sonunda isə öhdəsindən gəldiyiniz tapşırıqları qeyd etməyi unutmayın. Bu sizə yeni nailiyyətlər üçün motivasiya verəcək. Gün ərzində görməli olduğunuz işlərə ciddi yanaşın və özünüzə qarşı tələbkar olun və gün ərzində hansı biliklərinizi inkişaf etdirmək istədiyinizi müəyyənləşdirin və onun cədvəlini yaradın. Getdikcə məqsədlərinizə nail olacaqsınız.
2. Ətrafınızda daha ağıllı və artıq uğur qazanmış insanların olmasına çalışın
Ətrafınızda çox uğur qazanmış insan sizin özgüvəninizə mənfi təsir göstərə bilər. Lakin siz bu hissin öhdəsindən gəlib, həmin insanların təcrübəsindən və biliklərindən yararlanmağa başladığınızda, hər şey dəyişəcək. Siz adi söhbətdən də yeni şeylər öyrənmə imkanı əldə edə bilərsiniz.
3. Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin
Hansı peşə sahibi olursunuzsa olun, yaxşı danışıq qabiliyyəti hər kəs üçün böyük üstünlükdür. Əlbəttə, uğur qazanmış və ya ağıllı insanın sizinlə dostluq etmək istəyinin yaranması üçün siz də qarşılığında nə isə təklif etməyi bacarmalısınız. Bu zaman sizin yaxşı ünsiyyət qabiliyyətiniz köməyinizə gələ bilər.
4. Pul xərcləməkdən qorxmayın
Son illərdə insanlar təhsilə daha çox pul xərcləməyə başlayıblar. Bu əvvəlki illərlə müqayisədə çox böyük inkişaf hesab edilə bilər. Biz indi professional biliklərimizi artırmağa imkan verən müxtəlif seminarlar, kurslar və səfərlərin əhəmiyyətini daha da yaxşı anlayaraq onlardan maksimum yararlanmağa hazır olmalıyıq.
5. Yalnız professional olaraq inkişaf etməyi düşünməyin
İş qrafiki günün böyük hissəsini əlinizdən aldığından, bu elədə asan deyil. Lakin belə bir kiçik sirr vardır ki, sizə maraqlı olan nəysə bir iş varsa onsuzda ona mütləq vaxt tapırsınız. Bəlkə də , buna görə bir saat az yatacaqsınız , naharı qısa edəcəksiniz amma sərf etdiyiniz bu zamana və enerjiyə görə daha böyük enerji əldə edəcəksiniz.
Azərbaycan və İnternetdən pul qazanmaq – 8 Maddə !
Milyonlarla insanın günlük gəlirlərini internetdən qazandığını eşitmisən. Bunu səndə edə bilərsən, lakin sıfırdan başlamaq üçün mütləq və mütləq köməyin olmadan, bu biznesi uğurlu bir şəkildə apara bilməyəcəksən. Xüsusiylə də internetdən pul qazanmaq kategoriyasında Azərbaycanda çox da önəmli saytların olmadığını bilərək. Bəs Azərbaycanda internetdən pul qazanmaq olar mı? OLAR!
Ölkəmizdə internetdən pul qazanmaq o qədər də populyar deyil. Bunun səbəblərini açıqlamaq lazım olarsa aşağıdakı maddələri düşünək.
1) Azərbaycanda online pul qazanan insanların çox az olması
2) Bu işi bilən insanların digərlərinə kömək etməməsi
3) Azərbaycan bazarında Şəbəkə şirkətlərinin bu sahəyə vurduğu ziyan (baxış tərzi)
4) Ölkəmizdə tanınan online qazanc sistemlərin yararsız sistemlər olması
5) Sosial Mediadan düzgün istifadə olunmaması
6) Marketing sahəsinin araşdırılmaması
7) İnamsızlıq
8) İnsanımızın düşüncə tərzinin bu sahəyə uyğun olmaması
Ölkəmizdə internetdən pul qazanmaq o qədər də populyar deyil. Bunun səbəblərini açıqlamaq lazım olarsa aşağıdakı maddələri düşünək.
1) Azərbaycanda online pul qazanan insanların çox az olması
2) Bu işi bilən insanların digərlərinə kömək etməməsi
3) Azərbaycan bazarında Şəbəkə şirkətlərinin bu sahəyə vurduğu ziyan (baxış tərzi)
4) Ölkəmizdə tanınan online qazanc sistemlərin yararsız sistemlər olması
5) Sosial Mediadan düzgün istifadə olunmaması
6) Marketing sahəsinin araşdırılmaması
7) İnamsızlıq
8) İnsanımızın düşüncə tərzinin bu sahəyə uyğun olmaması
Asan yolla pul qazanmaq
"Online" olaraq qazanc əldə edə biləcəyin minlərlə yol var. Lakin bu yollardan bəziləri, tanımadığımız sirkətlərdəki maddi güc və insan gücü ilə əlaqədar olanlardır. Mən yalnız bir iş adamıyam və təxmin edirəm ki, siz də eləsiz. Buna görə də, mən sizə internet uzərindən qazanc əldə edə biləcəyiniz çok təsirli yollar göstərəcəyəm. İstifadəsi son dərəcə asan olan bu üsulla qazanc əldə etmə potensialının sərhədsiz olmasına siz də əmin olacaqsınız.
Mən əminəm, bəziləri "affiliate" proqramlarından istifadə edərək möcüzəvi gəlirlər əldə edir. Lakin, tezliklə hamını eyni səviyyəyə gətirmək üçün affiliate proqramlarının nə olduğunu, nə kimi xüsusiyyətləri özündə birləşdirdiyini acıqlamağa ehtiyac duyuram. Əgər bu internet proqramları hələ kəşf etməmisinizsə, məlumunuz olsun ki, çox mühüm pul mənbəyini itirmisiniz. "Affiliate" proqramı nədir və necə işləyir,- əvvəlcə bu suala cavab verək. Bu proqramlar internet saytlarında müxtəlif formalarda tətbiq edilir, fəqət "affiliate" proqramlarının təməlindəki düşüncə, müxtəlif firmaların məhsullarını satın alacaq müştəriləri onların saytlarına göndərib, bu satiışın nəticəsində əldə edilən qazancın firmalarla sizin bölüşdürmənizdir. Insanları bir sayta göndərsəniz və əgər onlar bu saytdan bir şey alarlarsa, siz bu satışdan qazanc əldə edərsiniz. Sizə bu satışdan ya faiz, ya da sabit bir haqq ödənilir. Aşağıda bu proqramlara sahib olan bəzi saytları açıqlayıram. Dollar olaraq ödənilən məbləğlər, ay ərzində bir nəfərin bu proqramlar vasitəsi ilə nə qədər qazandığını göstərir. İnsanlar internet uzərindən böyük qazanclar əldə edirlər.
Posters.com------------ $5,000/ay
Sitesell.com------------ $10,000/ay
1HideOut.com--------- $3,000/həftə
Marketingtips.com---- $8,000/ay
Gen-fit.com------------ $18,000/ay
Pillstore.com----------- $50,000/ay
Keycode.com---------- $5,000/ay
Əgər affiliate proqramlardan birində uğur qazansanız, sizin həyatınız tamamilə dəyişəcək. Mən, ən az 40 fərqli Affiliate proqramında qeydiyyatdan keçmişəm. Heç də, bütün proqramlara baş vurmağa ehtiyyac da yoxdur. Bir neçə proqrama daxil olsanız belə, çoxlu gəlir əldə edə bilərsiniz. Xəyalınıza, satışları 5-20 dollar arasında dəyişən 10 müxtəlif afiliate proqramında işləməyi gətirə bilərsinizmi? Hər bir satış üçün sizə 15 dollar ödənərsə, ayda 22500 ilə 90000 dollar arasında qazanarsınız. Hər gün yalnız 1 satiş reallaşsa belə, hər bir affiliate üçün, ayda 450 dollardan çox pul qazanacaqsınız. Bütün bunları uydurma sana bilərsiniz, lakin mənə etibar edin, bu həqiqətdir. Mənim kimi internet uzərindən afifliate proqramlarını istifadə edən və bu proqramlardan yüksək qazanclar əldə edən minlərlə insan var. Yaxşı, bəs bunlar necə mumkun ola bilər?
Təbii ki, internetlə! Dunya miqyasında milyonlarla insana reklam etmək, "siçana" bircə toxunuşla mümkündür. İnternet, dunya tarixindəki ən güclü marketinq vasitəsidir. Məsələnin ən gözəl tərəfi isə, hamının effektiv marketinq vasitəsini istifadə etmək imkanının olmasıdır. Hər kəs kompüterlə və internetlə dunya miqyasında milyonlarla müştəri və böyük satışlar əldə etmək şansına sahibdir. Bu affiliate proqramlarının internetin gələcəyi üzərində böyük rolu var. Hər il online ticarətdə trilyonlarla dollar dövr etməkdədir və bu rəqəm getdikcə böyüyən bir nisbətdə artmağa davam edir. Təxminən, yaxın 2-3 il içinde online satışların yarısı bu affiliate proqramlarının yəni, bizlərin yardımıyla ediləcək. Hesablamalar üçün riyaziyyatı yaxşı bilməyə məcbur deyilsiniz, ticarət dövriyyəsindən pul qazanmaq üçün çox böyük fürsətiniz var.
Sizə çox gözləməməyi məsləhət görürük. İndi hərəkətə keçin! İndi, bu sistemdə rol almaq üçün ən yaxşı zamandır. Online olaraq bu affiliate proqramlarına nə qədər tez qatılsanız, çox yaxşı mövqeyə sahib olacaqsınız, internetdəki bazarın böyüməsi davam edəcək və siz, yalnız oturub qazancınınızın artışını izləyəcəksiniz.
Bir dəfə sistemi yaradıb qursanız, kompüter və internet geri qalan hər şeyi sənin əvəzindən edəcəkdir. Həftədə 3 saatdan da az zaman sərf etməklə, ayda 5000 dollardan da çox bir gəliriniz olar. Fəqət unutmayın ki, işləməyə nə qədər çox zaman xərcləsəniz, o qədər çox gəlir əldə edərsiniz. Bu proqramlar möcüzədir!
Evdə qazan!
Frilans muzdlu şəkildə işləyən və uzun müddətli perspektivdə hər-hansı bir sahibkarın yanında çalışmağa can atmayan şəxsdir. Bu termin daha çox yazmaq biznesi ilə əlaqədar meydana çıxmışdır. Siz jurnal və qəzetlərə məqalələr təqdim edirsiniz və sözlərin sayına görə ödəniş alırsınız. Bugünkü gündə frilans sahəsində bir çox insan çalışır. Bunun ən əsas səbəbləri aşağıdakılardır:
Siz öz qrafikinizin rahatlığı əsasında işləyə bilərsiniz;
Siz evdən işləyə bilərsiniz;
Başınızın üzərində müdiriniz yoxdur.
İnternetdə asanlıqla onlayn frilans peşələri tapa biləcəyiniz digər sahələr: tərcümə, proqramlaşdırma, veb səhifələrin dizaynı, konsulsatiya və sairdir.
Müştərilərə Xidmət. Bir çox biznes sahələri öz məhsullarını müştəri xidmətləri şöbələri vasitəsilə dəstəkləyir. Bir çox hallarda bu o deməkdir ki, şirkətdə müştərilərdən gələn telefon zənglərinə cavab verən insanlar vardır. Daha çox sayda biznes müəssisələri həm də öz veb səhifələri və elektron poçt vasitəsilə müştəri xidmətlərini elektron şəkildə təklif edirlər. Veb səhifəsində müştəri xidmətlərinə canlı söhbət vasitəsilə satışlar və dəstək aid edilə bilər. Bundan istifadə etmək üçün, müştəri canlı şəxslə söhbəti tələb edən linkə tıklayır və müştəri xidməti üzrə nümayəndə sorğuya cavab verərək söhbət pəncərəsi vasitəsilə müştəri ilə danışır. Elektron poçt vasitəsilə müştəri xidməti üçün müştəri Veb səhifəsində formanı doldurur və yaxud müəyən bir ünvana birbaşa elektron məktub göndərir.
Canlı söhbət və elektron poçtun yalnız etibarlı internet bağlantısı və Veb brauzerə malik olmaqdan asılı olduğuna görə biznes müəssisələrinin çoxu bu xidmətlər üçün evdən fəaliyyət göstərən işçiləri işə götürməkdə maraqlıdırlar. Nəticədə, Talk2Rep kimi müştəri xidmətləri üzrə podratçı şirkətlər daxil olan və gedən telefon zənglərindən əlavə elektron poçt və canlı söhbət dəstəyini də əhatə edirlər. Bu xidmət üçün ödəniş dərəcələri minimal və ya komissiya haqlarına əsaslanan olduğundan, əgər sizin belə bir işə istedadınız vardırsa, onlayn müştəri xidmətlərinə getdikcə artan tələbat onu etibarlı gəlir mənbəyinə çevirir.
Blog yazaraq qazan
Əgər sizin nə isə bir şeyə xüsusi maraqınız varsa, istər bu hobbi olsun, istərsə də hər-hansı bir məşğuliyyət – və əgər bu haqda nəsə söyləmək istəyirsinizsə, o zaman bloq özünüzün sonsuz düşüncələrinizi ifadə etməkçün səmərəli üsul ola bilər. Burda da İnternetdəki bir çox xidmətlər kimi aparıcı məqam reklam satışından ibarətdir. Şəxsi bloq açdıqdan sonra bir çox yazarlar Google AdSense kimi reklam xidmətlərinə abunə olurlar ki, həmin xidmətlər də sizin veb səhifələrin yuxarısında və kənarlarında tez-tez gördüyünüz tanış sponsor linklərini yerləşdirirlər. Sizin bloqunuzun oxucuları nə qədər çox sayda həmin reklam sahələrində düyməni sıxacaqlarsa, siz relam xidmətləri vasitəsilə o qədər çox pul qazanacaqsınız. Əgər siz təsadüfi, yeni başlamış bloggersinizsə, o zaman bu əla işləyir və siz bir qədər əlavə xərclik üçün pul qazanırsınız. Ancaq əgər sizin bloqunuz davamlı olaraq maraqlıdırsa, yaxşı yazılar yerləşdirilirsə və həqiqətən də oxucu sayı çoxdursa, o zaman bloqunuzun ətrafında qrafik reklam vasitəsilə azarkeş bazanızı cəlb etmək istəyən şikətlər özü sizinlə əlaqə yaradacaqlar. "Mən Çizburger ala bilərəmmi?" və "Boing Boing" kimi uğurlu bloqlardan bəziləri pop-mədəniyyət fenomeninə çevrildilər və onların yaradıcıları reklamçılardan qazandıqları pula görə özlərinin gündəlik işlərinə son verməyi və bütün vaxtı bloqda keçirməyi bacardılar.Fotoşəkillər Satmaqla qazan
İnternet ehtiyat fotoşəkillərə olan tələbin böyük sıçrayışla artmasına səbəb olub. Onlayn KİV-lərin inkişafı ilə media şirkətləri və satış məntəqələrinin sayı artdığından yüksək keyfiyyətli fotoşəkillərə həddən artıq ehtiyac yaranmışdır. Məsələn, Yuri Arkurs hər kəsin foto ehtiyaclarını ödəyə biləcək bir şəxsdir. Dünyanın ən çox fotoşəkil satan fotoqrafı kimi o, gündə 24 saat hər 8 saniyədən bir şəkil satır (BU isə hər il 4 milyondan artıq şəkildən çox edir). Arkurs sadəcə gördüyü iş üzrə ən yaxşı olmaqla hər il milyonlarla dollar pul qazanır. Dünyada bir çox böyük fotoqraflar vardır və baryer sadəcə kameraya sahib olmaq qədər aşağıdır, lakin Arkurs davamlı, yüksək keyfiyyətli və yaradıcı obrazlar üzrə internetdə onlayn nüfuz yaratmağı bacarıb. Əgər siz peşəkar fotoqrafsınızsa (yaxud hətta sadəcə bu işlə hobbi kimi məşğul olursunuzsa), siz öz şəkil ehtiyatınızı internetdə satmaq imkanı haqqında düşünməlisiniz.9 Şubat 2016 Salı
Google adsense ile qazan
Reklam ilə pul qazanmaq isterdiz? Reklam internet reklamcılığında ən çox qazandıran reklam şirkətlərinin başında yer alır. Googlenin sahib olduğu şirkət olan Adsensesin reklam optimallaşdırılması yüksəkdir. Bu sayədə webmasterlara yüksək ödənişlər ödəyir. Yaxşı Google Adsense ilə nə qədər qazana bilersiz? Bu mövzuda internet girişimcilerinin Reklam qazanclarını siyahıda var. Adsansasadan ən çox pul qazanan şirkətlər:TechCrunch:
Texnologiya xəbər saytı olan techcrunch 2001-ci ildə quruldu. Micheal Arrington'un qurduğu saytın aylıq gəliri 150 min dollardır. Aylıq təxminən 400 milyon səhifə gösterimi vardır.
Digg:
Maraqlı xəbər və hadisələrin paylaşıldığı sayt olan Digg 2000-ci ildə Kevin Rose tərəfindən quruldu. Aylıq ziyarətçisi 60 milyon olan saytın aylıq gəliri 200 min dollardır.
Digital Point:
Webmaster məsələlərinin paylaşıldığı məşhur forumun aylıq ziyarətçisi 96 milyondur. 1999-ci ildə qurulan saytın aylıq qazancı 230 min dollardır.
Mashable:
Sosial Haber saytı olan Mashable 2005-ci ildə nəşr həyatına girdi və aylıq ziyarətçisi 120 milyondur. Peter Cashmore'nin sahibi olduğu saytın aylıq dəqiq gəliri 300 min dollardır.
eHow:
"How" suallarına cavab verən sayt olan eHow ictimai bir xəbər saytıdır. Ağıllı bir təşəbbüskar olan Courtney Rosen 1999-ci ildə saytı qurdu. Aylıq 100 milyon istifadəçiyə sahib saytın aylıq gəliri 400 min dollardır.
30 Kasım 2012 Cuma
Kaydol:
Kayıtlar (Atom)








