onlayn pul qazanmaq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
onlayn pul qazanmaq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

22 Şubat 2016 Pazartesi

Çində biznes qurmaq istəyənlər

Kosmetika
Çində orta hədlə üzə qulluq üçün vasitənin 1 flakonunu yaratmaq üçün araşdırma da daxil olmaqla 6,5-dən 10 yuana (1.60 dollar) qədər vəsait tələb olunur. Lakin pərakəndə şəbəkələrdə bu kosmetika 560 yuana, yəni 89 dollara satılır.
Şəxsi gigiyena vasitələri
Buraya dezodorant, şampun və diş pastası daxildir. 2003-cü ildə gəlirlilik reytinqində bu sahə ikinci pillədə idi və orta hədlə illik 14,5% gəlir gətirirdi.
İçki istehsalı
Burada qiyməti 2 yuan olan (0,31 dollar) olan 1 şüşə qazlı su 0,07 yuana (0,011 dollara) istehsal edilir.

20 Şubat 2016 Cumartesi

Cadillac şirkəti necə yarandı

Ötən əsrin əllinci illərində əksər ABŞ sakini üçün misli görünməmiş çiçəklənmə dövrü idi. Həmin vaxtlarda Böyük Depressiya da sona çatmışdır, müharibə artıq arxada qalmışdı və bir neçə onillik ərzində daimi məhrumiyyətlər şəraitində yaşamış amerikalılar sanki bolluq içərisinə düşmüşdülər, onlara verilən sovqatlardan su kimi istifadə edirdilər. Burada külli miqdarda məhsul mövcud idi: böyük soyuducular, qabyuyan maşınlar və hətta şəhərkənarı kotteclər.
Müharibənin bitməsindən dərhal sonra avtomobil şirkətlərinin əksəriyyəti aktiv olaraq istehsalı genişləndirməyə başladı, axı insanların

13 Şubat 2016 Cumartesi

Evdə qazan!

Frilans muzdlu şəkildə işləyən və uzun müddətli perspektivdə hər-hansı bir sahibkarın yanında çalışmağa can atmayan şəxsdir. Bu termin daha çox yazmaq biznesi ilə əlaqədar meydana çıxmışdır. Siz jurnal və qəzetlərə məqalələr təqdim edirsiniz və sözlərin sayına görə ödəniş alırsınız. Bugünkü gündə frilans sahəsində bir çox insan çalışır. Bunun ən əsas səbəbləri aşağıdakılardır:
Siz öz qrafikinizin rahatlığı əsasında işləyə bilərsiniz;
Siz evdən işləyə bilərsiniz;
Başınızın üzərində müdiriniz yoxdur.
İnternetdə asanlıqla onlayn frilans peşələri tapa biləcəyiniz digər sahələr: tərcümə, proqramlaşdırma, veb səhifələrin dizaynı, konsulsatiya və sairdir.
Müştərilərə Xidmət. Bir çox biznes sahələri öz məhsullarını müştəri xidmətləri şöbələri vasitəsilə dəstəkləyir. Bir çox hallarda bu o deməkdir ki, şirkətdə müştərilərdən gələn telefon zənglərinə cavab verən insanlar vardır. Daha çox sayda biznes müəssisələri həm də öz veb səhifələri və elektron poçt vasitəsilə müştəri xidmətlərini elektron şəkildə təklif edirlər. Veb səhifəsində müştəri xidmətlərinə canlı söhbət vasitəsilə satışlar və dəstək aid edilə bilər. Bundan istifadə etmək üçün, müştəri canlı şəxslə söhbəti tələb edən linkə tıklayır və müştəri xidməti üzrə nümayəndə sorğuya cavab verərək söhbət pəncərəsi vasitəsilə müştəri ilə danışır. Elektron poçt vasitəsilə müştəri xidməti üçün müştəri Veb səhifəsində formanı doldurur və yaxud müəyən bir ünvana birbaşa elektron məktub göndərir. 
Canlı söhbət və elektron poçtun yalnız etibarlı internet bağlantısı və Veb brauzerə malik olmaqdan asılı olduğuna görə biznes müəssisələrinin çoxu bu xidmətlər üçün evdən fəaliyyət göstərən işçiləri işə götürməkdə maraqlıdırlar. Nəticədə, Talk2Rep kimi müştəri xidmətləri üzrə podratçı şirkətlər daxil olan və gedən telefon zənglərindən əlavə elektron poçt və canlı söhbət dəstəyini də əhatə edirlər. Bu xidmət üçün ödəniş dərəcələri minimal və ya komissiya haqlarına əsaslanan olduğundan, əgər sizin belə bir işə istedadınız vardırsa, onlayn müştəri xidmətlərinə getdikcə artan tələbat onu etibarlı gəlir mənbəyinə çevirir.

Blog yazaraq qazan

Əgər sizin nə isə bir şeyə xüsusi maraqınız varsa, istər bu hobbi olsun, istərsə də hər-hansı bir məşğuliyyət – və  əgər bu haqda nəsə söyləmək istəyirsinizsə, o zaman bloq özünüzün sonsuz düşüncələrinizi ifadə etməkçün səmərəli üsul ola bilər. Burda da İnternetdəki bir çox xidmətlər kimi aparıcı məqam reklam satışından ibarətdir. Şəxsi bloq açdıqdan sonra bir çox yazarlar Google AdSense kimi reklam xidmətlərinə abunə olurlar ki, həmin xidmətlər də sizin veb səhifələrin yuxarısında və kənarlarında tez-tez gördüyünüz tanış sponsor linklərini yerləşdirirlər. Sizin bloqunuzun oxucuları nə qədər çox sayda həmin reklam sahələrində düyməni sıxacaqlarsa, siz relam xidmətləri vasitəsilə o qədər çox pul qazanacaqsınız. Əgər siz təsadüfi, yeni başlamış bloggersinizsə, o zaman bu əla işləyir və siz bir qədər əlavə xərclik üçün pul qazanırsınız. Ancaq əgər sizin bloqunuz davamlı olaraq maraqlıdırsa, yaxşı yazılar yerləşdirilirsə və həqiqətən də oxucu sayı çoxdursa, o zaman bloqunuzun ətrafında qrafik reklam vasitəsilə azarkeş bazanızı cəlb etmək istəyən şikətlər özü sizinlə əlaqə yaradacaqlar. "Mən Çizburger ala bilərəmmi?" və "Boing Boing" kimi uğurlu bloqlardan bəziləri pop-mədəniyyət fenomeninə çevrildilər və onların yaradıcıları reklamçılardan qazandıqları pula görə özlərinin gündəlik işlərinə son verməyi və bütün vaxtı bloqda keçirməyi bacardılar.

12 Şubat 2016 Cuma

internetden pul qazanmagin yollarindan biri

Yaxın zamanlarda, bu ifadə çox populyar olmuşdur. Hər gün internet biznesinə qoşulan adamların sayı artır. 2015-ci ilin proqnozlarına görə Avropada onlayn biznesin həcmi 110 milyard dollar, ABŞ - da isə 140 milyarddan çox olmuşdur. MDB ölkələrində, internet biznesin templəri daha azdır, 2015-ci ildə, təcrübəli qiymətləndirmələrə müvafiq olaraq - bu 1.55 milyard dollara bərabər idi, ancaq böyümə tempi 30-50% hər il artır. İnternet - radio, qəzetlər və ya televiziya kimi həyatın ayrılmaz tərkibi olub. Hər il bu şəbəkəyə qoşulan həmvətənlərimiz sayı artır. İnternet çoxları üçün artıq müxtəlif disklərin, kitabların və proqramların yükləməkdən başqa həmdə real pul qazanmaq kimi imkanlar verir. Demək olar ki hər internet istifadəçisi, əvvəl-axır, bilmək istəyir: internetdə pul qazanmaq mümkündürmü?. Əgər siz indi bunu oxuyursunuzsa - siz həmçinin maraqlandınız. Və siz müvəffəqiyyətli interaktiv biznesi başlamaq üçün bütün şanslara maliksiniz. Ancaq çox adamlar internet biznesdən çox böyük və sürətli pullar gözləyir, çünki müəyyən saytlarda söz verirlər ki, siz bir ayda 500-dən 5000 $-a qədər qazana bilərsiniz. Belə səhvlər müxtəlif piramidaların və sponsorların hekayələri ilə doğrulur. Beləliklə, adamlar qazanmaq üçün internetə gəlir, sponsorlara pul verir və aldanmış olur. Bundan başqa, onlar deyirlər: internetdə pul - mifdir. Pul qazanmaq qeyri-mümkündür. İnternetdə qazanmq faktdır artıq ,aydınlaşdımağa ehtiyac duyulmur. Dünyada minlərlə adam internetdə qazanır. Qərbdə bu artıq reallıqdır, bizdə isə inkişaf etməmiş bir sahədir. Dünyanın ən varlı adamların bəziləri internet biznesindən istifadə edirlər. Bu Bill Qeytsdir - hansı ki 25 ilə 500 milyard $ korporasiyasını yaradıb, Apple kompüterləri - Stiv Cobs, Lotus Notus - Cim Manz, Novellden Rey Nurdi, Google-dan Sergey Brin və Larri Peydc və başqaları. MDB ölkələrində, belə adamlar çox azdır. Onların öz şirkətləri, müəssisələri yoxdur, onlar heç bir şey istehsal etmirlər. Pul qazanmaq üçün ancaq fərdi kompüter və internetə giriş lazimdır. Pulun qazancı internetdə informasiyanın üzərində qurulur. İnformasiya bütün adamlara lazımdır. İnformasiyanın istehsalı sadə və ucuzdur. İnternet biznesi - maraqlı və yaradıcı işdir. Bu sahədə hər kəs qazanc əldə edə bilər. Yaşdan, təhsildən və yaşayış yerindən asılı olmayaraq. Əsas odur ki öz qarşısında məqsəd qoyasınız. Bu materiallar sizə kömək edəcək ki, siz istiqamət seçə bilərsiniz. Təklif edilmiş pul qazanmağın üsulları sizə internet biznesinin müvəffəqiyyətli başlanğıcı üçün zəruri ola bilər.