internetde reklam yolu ile qazanmaq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
internetde reklam yolu ile qazanmaq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
23 Şubat 2016 Salı
16 Şubat 2016 Salı
Webmoney haqqında.
Webmoney dünyada məşhur olan internet bankın xidmətlərindən biridir. Bu sistem ruslarındı və siz internetdən qazandığınız pulları öz Webmoney hesabınıza köçürə bilərsiniz. Webmoneydə siz özünüz üçün dollar (wmz) hesabı, rubl (wmr) hesabı, euro (wme) hesabı aça bilərsiz. Bu hesablarda olan pullarınızla isə internetdən bir çox məhsul əldə edə bilərsiniz. İnternetdə online satışla məşğul olan bir çox saytlar Webmoneyi dəstəkləyir. Bundan əlavə siz öz Webmoney hesabınızda olan pulu asanlıqla öz bank hesabınıza köçürə bilərsiniz. Nəzərinizə çatdırım ki, Webmoneydən qeydiyyatdan keçmək üçün heç bir sənədə ehtiyac yoxdur, 18 yaşından böyük olmaq vacib deyil və heç bir ödəniş edilmədən, pulsuz şəkildə qeydiyyatdan keçirsiniz. Webmoneydən qeydiyyatdan keç
15 Şubat 2016 Pazartesi
Dünyanın gəlmiş keçmiş ən zəngin insanları
Bir internet saytı maraqlı bir hesabla dünyanın gəlmiş keçmiş ən zəngin insanını təyin etdi. Birinci sıranı 14. əsrdə yaşamış olan Maliyyə Kralı I'inci Mansa Musa aldı
İnternet saytı Celebrity Net Worth, inflyasiya dəyərlərini göz qarşısında saxlayaraq dünya tarixinin ən zəngin 25 adının siyahısını çıxardı. Heç bir qadının iştirak etmədiyi siyahıya girənlərin ümumi sərvətləri 4.317 trilyon dollar tutdu. Siyahının 14'ünü ABŞ vətəndaşları meydana gətirdi. Siyahının hazırlanmasında illik inflyasiya artımları hesablandı. Buna görə, məsələn 1913-ci ildəki 100 milyon dollarlıq bir sərvətin 2016 ilindəki qarşılığı 2.299 milyard dollar olur. Bu da dünyanın ən böyük sərvət sahibləri:
1- Mansa Musa: 14-cü əsrdə bu gün Timbuktu, Qana və Maliyyə torpaqlarının yer
aldığı bölgədəki Maliyyə İmpartorluğu'nu idarə edən Kralın ümumi sərvəti
İnternet saytı Celebrity Net Worth, inflyasiya dəyərlərini göz qarşısında saxlayaraq dünya tarixinin ən zəngin 25 adının siyahısını çıxardı. Heç bir qadının iştirak etmədiyi siyahıya girənlərin ümumi sərvətləri 4.317 trilyon dollar tutdu. Siyahının 14'ünü ABŞ vətəndaşları meydana gətirdi. Siyahının hazırlanmasında illik inflyasiya artımları hesablandı. Buna görə, məsələn 1913-ci ildəki 100 milyon dollarlıq bir sərvətin 2016 ilindəki qarşılığı 2.299 milyard dollar olur. Bu da dünyanın ən böyük sərvət sahibləri:
1- Mansa Musa: 14-cü əsrdə bu gün Timbuktu, Qana və Maliyyə torpaqlarının yer
aldığı bölgədəki Maliyyə İmpartorluğu'nu idarə edən Kralın ümumi sərvəti
14 Şubat 2016 Pazar
Google haqqında bilmədiklərimiz
İlk dəfə "doodle" 1998-ci ildə istifadə edilib. “Google”un yaradıcıları Lerri Peyc və Sergey Brin ofisdə olmadıqlarını istifadəçilərə bildirmək üçün bu yolu seçmişdilər. Və həmin ildən bəri “Google” xüsusi günləri özünəməxsus "doodle"larla qeyd edir.
Qarajda fəaliyyətə başlayan və getdikcə böyüyən şirkət 1999-cu ilin noyabrında kirayəyə mənzil götürür. O vaxt şirkətin 40 işçisi var idi.
2004-cü ildə “Google” səhmlərinin satışa çıxarlmasından sonra təxminən minə qədər şirkət işçisi milyoner olub.
“Google”un email xidməti olan “Gmail” bu gün üçün 50-dən çox dili dəstəkləyir. Bunların içərisində Uels, Bask kimi az tanınan dillər də var.
Şirkət daxilində yeni işçiyə "Noogler", təcrübəli işçiyə “Xoogler” deyilir.
Təəccüblü olsa da,
30 yaşa qədər necə varlanmaq olar?
Etiraf etmək lazımdır ki, yaşımız nə qədər gənc olsa həyatdan bir o qədər çox şey gözləyirik. Yaşımız artdıqca isə, bu həvəs artıq qüvvədən düşür. Öz 30 yaşına hələ uzun müddət qaldığı halda sahibkar və investor olmağı bacarmış Aaron Pitman “Gənclər necə varlana bilər?” mövzusunda öz biliklərini paylaşmışdır.Warren Buffet-dən ən yaxşı investisiya məsləhətləri
Amerikalı sahibkar Warren Buffet dünyanın ən məşhur investorlarından biridir. Forbes jurnalının illik milyarder reytinqinə əsasən Berkshire Hathaway şirkətinin rəhbərinin şəxsi kapitalı 2013-cü ildə 58,2 milyard dollar təşkil edirdi. Bu da onu planetin ən varlı 4-cü insanı edir.
Buffet mütəmadi olaraq öz müsahibələrində, uğura nail olmaq üçün ən faydalı kitablardan, uğur fəlsəfəsindən danışır.
Aşağıda sizə məşhur investorun yeni başlayan və işində daha da irəli getmək istəyən investorlara bu qəbildən olan məsləhətlərini təqdim edirik:
13 Şubat 2016 Cumartesi
Yaratdığı saytla Çinin ən varlı insanı oldu.
Sərvəti: 20,2 milyard dollar.
O, Çində Xançjou şəhərində anadan olub. O, fastfood restoranı olan KFC-də işə qəbul olunmamışdı. O, iki dəfə kolecə qəbul imtahanlarından kəsilib, amma sonradan təhsil alaraq ingilis dilini tədris etməyə başlayıb.
1995-ci ildə ilk dəfə ABŞ-a səfər edib və ilk dəfə internet görüb. İnternetdə çin dilində məlumatın çox az olduğunu görəndən sonra, o, çin dilində ilk veb-startap olan China Pages yaradır. Bu layihə uğur qazanmır. 1999-cu ildə o, Alibaba şirkətini təsis edir. Bu gün bu Çində ən populyar internet-mağazadır. Sentyabrdakı İPO-dan sonra Ma Çinin ən varlı insanına çevrildi.
Stiv Cobsun həyat qaydaları
1955-ci ilin 24 fevralı Apple tarixində mühüm bir tarixdir. Məhz həmin gündə Apple şirkətinin banisi anadan olub. Əgər Stiv Cobs uzun sürən xəstəlikdən vəfat etməsəydi, onun 59 yaşı olacaqdı.
Biz sizə bu məqalədə dövrümüzün qəhramanı – Stiv Cobsun həyat qaydalarını təqdim edirik.
«Bəli, mən narkotiklərdən istifadə etmişəm. Və mən bunu heç vaxt utanmamışam. Bəzən küçədə mənə bir sıra insanlar yaxınlaşır: bəziləri məndən pul istəyir, digərləri isə Iphone kimi məhsul yaratdığıma görə mənə təşəkkür edirlər. Biz başqalarının becərdiyi yeməkləri yeyirik, başqalarının tikdikləri geyimləri geyinirik. Başqalarının fikirləşdikləri dillərdə danışırıq.
Məncə, bizim də bəşəriyyətə faydalı olmağımızın vaxtı gəlib çatıb.
Nailiyyətləriniz haqqında tez- tez danışın. Əlbəttə ki, özündən razı olmaq və insanları bezdirmək lazım deyil.
Mən bir ildə dörddə bir milyard itirməyin nə olduğunu bilirəm. Bu mənim mənliyimin formallaşmasına çox təsir etmişdi.
Televizor insanları küt edir və onların vaxtını alır. Söndürün televizoru və siz beyninizin bir neçə hüceyrələrini qorumuş olacaqsınız. Lakin ehtiyyatlı olun, Apple kompüteri qarşısında da kütləşmək olar.
Vaxt var idi, mən dostlarımın mənzillərində döşəmədə yatırdım və şüşə qablarını təfil verərək özümə vegeterian burgeri alırdım. Bugünkü gündə, bir neçə milyard dollarlıq şəxsi mülkiyyətim və səhmlərim olduqdan sonra mənim məişət həyatım dəyişib. Lakin and içirəm ki, mən özüm dəyişməmişəm.
Əgər siz batan sənaye ilə bağlısınızsa, işinizi itirməmişdən qabaq o işi tərk edin. Məqsədin olması bizim həyatımıza rəng və zövq qatır.
Əgər mənə Apple və Pixar arasında seçim etməyi təklif etsəydilər, mən keçmişə qayıtmağı və hər ikisinə sahib olmağı seçərdim.
Bir dəfə belə olsa geri çəkilməyən və səhv etməyən uğurlu insan deyə bir anlayış yoxdur.
Uğurlu insanlar səhv edirlər, lakin daha sonra həmin səhvlərdən nəticə çıxararaq öz planlarını dəyişirlər. Mən də həmin insanlardan biriyəm.
Microsoft öz məhsullarını yaratmağa və inkişaf etdirməyə milyonlarla pul sərf edib, lakin onların bütün məhsulları Apple-in nüsxələrinə bənzəyir. Öz əhvalımı qaldırmaq istəyəndə mən həmişə bu faktı yadıma salıram.
Böyük bir iş görməyin yeganə üsulu var – həmin işi sevmək. Əgər siz görəcəyiniz işi sevmirsinizsə, bir az gözləyin, tələsməyin.
Yaxın zamanda öləcəyim haqqında fakt mənə həyatda ən çətin qərarları qəbul etməyə kömək edən ən vacib alətdir.
Mən bir insanı işdən azad edə, daha sonra isə ona zəng edib onunla hansısa layihəni müzakirə edə və yaxud onu yenidən işə qəbul edə bilərəm.
Keçmiş məni maraqlandırmır. Vacib olan bugünkü gündür.
Əgər mənim keçmişə qayıtmaq imkanım olsaydı, mən 25 yaşıma qayıdar və özümə deyərdim: «Mənasız müsahibələrə razılaşma. Sənin fəlsəfə ilə məşğul olmağa vaxtın yoxdur!».
Varlı olmağın 5 əsas şərti
Amerikalı yazıçı Stiv Siebold varlanmaq haqqında kitab yazıb. Yazıçı kitabında insanın varlana bilmək üçün lazım olan şərti tapıb.
Əgər doğurdan da imkanlı olmaq istəyirsinizsə, ilk olaraq milyonçu kimi düşünməyi öyrənməlisiniz.
1. Varlı və orta təbəqəyə məxsus insanlar arasında ən böyük fərq onların pul haqqındakı düşüncəsidir. Belə ki, yoxsullar gələcəyi barədə daima narahat olurlar. Bu narahatlıq onların düşünməsinə hər zaman mane olur və beyinin məşğul olmasına yol açır. Bu duyğu onlara pullarını qorumağa və onları toplamağa vadar edir. Varlılar isə daha asan və azad qərarlar qəbul edirlər. Onlar zehni enerjilərini problemlərini həll etməyə yönəldirlər.
2. Orta yaşayış tərzində həyat sürənlər qənaətə, varlılar isə daha çox qazanmağın yollarını öyrənməyə can atır. İmkansızlar işləməklə zəngin olmanın yollarını, varlılar risklərlə zəngin ola biləcəklərinə inanırlar.
3. Kasıblar daim pullarının bitəcəyi qorxusu ilə, varlılar isə daha çox pul qazanmaq yollarını axtarmaqla yaşayırlar. Yoxsullar pula duyğusal, varlılar isə məntiqlə yanaşırlar.
4. Orta təbəqə varlanmağın öz əllərində olmadığını düşündükləri halda, varlılar bu gücün insanın içində var olduğuna inanırlar.
5. Orta təbəqəyə məxsus insanlar düşdükləri çətin vəziyyətdən kiminsə onları xilas etməsini gözləyir. Varlılar isə heç kimin gəlib onları xilas etməyəcəyini dərk edir və öz işlərini vaxtında həll etməyə çalışırlar.
Warren Buffet 5 qızıl qayda
1. Öyrənməyə vaxt ayırın
Siz bunun üçün gündəlik və ya həftəlik planlar qura bilərsiniz. Bu plana yeni bir şey öyrənmək, biliklərini möhkəmləndirmək və ya yaradıcılıqla bağlı müxtəlif fəaliyyətlər daxil edə bilərsiniz. Gündəlik, həftəlik, aylıq planların sonunda isə öhdəsindən gəldiyiniz tapşırıqları qeyd etməyi unutmayın. Bu sizə yeni nailiyyətlər üçün motivasiya verəcək. Gün ərzində görməli olduğunuz işlərə ciddi yanaşın və özünüzə qarşı tələbkar olun və gün ərzində hansı biliklərinizi inkişaf etdirmək istədiyinizi müəyyənləşdirin və onun cədvəlini yaradın. Getdikcə məqsədlərinizə nail olacaqsınız.
2. Ətrafınızda daha ağıllı və artıq uğur qazanmış insanların olmasına çalışın
Ətrafınızda çox uğur qazanmış insan sizin özgüvəninizə mənfi təsir göstərə bilər. Lakin siz bu hissin öhdəsindən gəlib, həmin insanların təcrübəsindən və biliklərindən yararlanmağa başladığınızda, hər şey dəyişəcək. Siz adi söhbətdən də yeni şeylər öyrənmə imkanı əldə edə bilərsiniz.
3. Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin
Hansı peşə sahibi olursunuzsa olun, yaxşı danışıq qabiliyyəti hər kəs üçün böyük üstünlükdür. Əlbəttə, uğur qazanmış və ya ağıllı insanın sizinlə dostluq etmək istəyinin yaranması üçün siz də qarşılığında nə isə təklif etməyi bacarmalısınız. Bu zaman sizin yaxşı ünsiyyət qabiliyyətiniz köməyinizə gələ bilər.
4. Pul xərcləməkdən qorxmayın
Son illərdə insanlar təhsilə daha çox pul xərcləməyə başlayıblar. Bu əvvəlki illərlə müqayisədə çox böyük inkişaf hesab edilə bilər. Biz indi professional biliklərimizi artırmağa imkan verən müxtəlif seminarlar, kurslar və səfərlərin əhəmiyyətini daha da yaxşı anlayaraq onlardan maksimum yararlanmağa hazır olmalıyıq.
5. Yalnız professional olaraq inkişaf etməyi düşünməyin
İş qrafiki günün böyük hissəsini əlinizdən aldığından, bu elədə asan deyil. Lakin belə bir kiçik sirr vardır ki, sizə maraqlı olan nəysə bir iş varsa onsuzda ona mütləq vaxt tapırsınız. Bəlkə də , buna görə bir saat az yatacaqsınız , naharı qısa edəcəksiniz amma sərf etdiyiniz bu zamana və enerjiyə görə daha böyük enerji əldə edəcəksiniz.
Blog yazaraq qazan
Əgər sizin nə isə bir şeyə xüsusi maraqınız varsa, istər bu hobbi olsun, istərsə də hər-hansı bir məşğuliyyət – və əgər bu haqda nəsə söyləmək istəyirsinizsə, o zaman bloq özünüzün sonsuz düşüncələrinizi ifadə etməkçün səmərəli üsul ola bilər. Burda da İnternetdəki bir çox xidmətlər kimi aparıcı məqam reklam satışından ibarətdir. Şəxsi bloq açdıqdan sonra bir çox yazarlar Google AdSense kimi reklam xidmətlərinə abunə olurlar ki, həmin xidmətlər də sizin veb səhifələrin yuxarısında və kənarlarında tez-tez gördüyünüz tanış sponsor linklərini yerləşdirirlər. Sizin bloqunuzun oxucuları nə qədər çox sayda həmin reklam sahələrində düyməni sıxacaqlarsa, siz relam xidmətləri vasitəsilə o qədər çox pul qazanacaqsınız. Əgər siz təsadüfi, yeni başlamış bloggersinizsə, o zaman bu əla işləyir və siz bir qədər əlavə xərclik üçün pul qazanırsınız. Ancaq əgər sizin bloqunuz davamlı olaraq maraqlıdırsa, yaxşı yazılar yerləşdirilirsə və həqiqətən də oxucu sayı çoxdursa, o zaman bloqunuzun ətrafında qrafik reklam vasitəsilə azarkeş bazanızı cəlb etmək istəyən şikətlər özü sizinlə əlaqə yaradacaqlar. "Mən Çizburger ala bilərəmmi?" və "Boing Boing" kimi uğurlu bloqlardan bəziləri pop-mədəniyyət fenomeninə çevrildilər və onların yaradıcıları reklamçılardan qazandıqları pula görə özlərinin gündəlik işlərinə son verməyi və bütün vaxtı bloqda keçirməyi bacardılar.12 Şubat 2016 Cuma
30 Kasım 2012 Cuma
Kaydol:
Kayıtlar (Atom)


