foreksden qazanmaq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
foreksden qazanmaq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

15 Şubat 2016 Pazartesi

Yeni biznes yaradanlar

Fəaliyyət növünüz nə qədər çox olarsa, bir o qədər yaxşıdır:
Yeni yaradacağınız biznes geniş spektrdə məhsul və yaxud xidmət sahəsini əhatə edə bilər. Burada düşünə bilərsiniz ki, fəaliyyət sahəniz nə qədər geniş olarsa, biznesiniz bir o qədər sabit olar. Belə ki, biznesinizin bir sahəsi qaydasında getməsə, narahat olmağa dəyməz. Çünki əlavə olaraq digər növləriniz var. Burada açar söz “çox” deyil, “bunu yaxşı şəkildə etmək”-dir. Bəs nə daha sabit olacaq? Çox sayda orta səviyyəli məhsul və yaxud xidmət və ya 1 keyfiyyətli məhsul və yaxud xidmət.
Biznes haqqında düşünün, imkanları qaçırmayın:

14 Şubat 2016 Pazar

Google haqqında bilmədiklərimiz


İlk dəfə "doodle" 1998-ci ildə istifadə edilib. “Google”un yaradıcıları Lerri Peyc və Sergey Brin ofisdə olmadıqlarını istifadəçilərə bildirmək üçün bu yolu seçmişdilər. Və həmin ildən bəri “Google” xüsusi günləri özünəməxsus "doodle"larla qeyd edir. 

Qarajda fəaliyyətə başlayan və getdikcə böyüyən şirkət 1999-cu ilin noyabrında kirayəyə mənzil götürür. O vaxt şirkətin 40 işçisi var idi.

2004-cü ildə “Google” səhmlərinin satışa çıxarlmasından sonra təxminən minə qədər şirkət işçisi milyoner olub.

“Google”un email xidməti olan “Gmail” bu gün üçün 50-dən çox dili dəstəkləyir. Bunların içərisində Uels, Bask kimi az tanınan dillər də var.

Şirkət daxilində yeni işçiyə "Noogler", təcrübəli işçiyə “Xoogler” deyilir.

Təəccüblü olsa da,

Forex bazarının ən “bacarıqlı” fırıldaqçıları

Li Kvibinq – 200 milyon dollardan 1 milyard dollara qədər
Mis qiymətlərinin növbəti şübhəli dəyişməsi 2005-ci ildə, yəni Li Kvibinqin Çin rəhbərliyinin maraqları çərçivəsində metalla ticarət həyata keçirdiyi zaman baş vermişdi. Bu zaman o nəhəng yatırım edir (təqribən 200 000 ton) və bu mis qiymətlərinin ilkin enməsinə səbəb olur. Lakin nəticədə misə qlobal tələbatın artması fonunda bu müqavilənin böyük itkilərlə üzləşməsinə gətirib çıxarır.
Bütün izlər Çinin dövlət ehtiyat bürosuna apardığından, digər treyderlər anladı ki, Çin qısa pozisiyaalrı doldurmalı olacaq. Bu misin qiymətini qaldırdı. Çin rəhbərliyi qiymətləri endirməyə çalışır və iddia edirdi kio, mis ehtiyatı əvvəl qiymətləndirildiyindən 5 dəfə artıqdır və hətta ümumiyyətlə Li Kvibinqin mövcud olduğunu inkar edirdi. İtkilərin həcmi və Li Kvibinqin harada olduğu hələ də sual altındadır.
Cerom Kervil – 7.1 milyard dollar
Cerom Kervilin avropalı fyuçerslərdə spekulyant davranışları onun “Societe Generale” bankına 7 milyard dollardan çox zərər qazandırmışdı.
Cerom Kervil də digərləri kimi vəzifəsinin qazandırdığı üstünlüklərdən istifadə edərək sistemdə manipulyasiyalar edə bilirdi. Lakin o öz fırıldaqçılıq əməllərindən heç bir şəxsi gəlir əldə etmirdi. Bununla belə, 2007-ci ilin ipoteka böhranı onun məğlubiyyətini sürətləndirmişdi.