13 Şubat 2016 Cumartesi

Blog yazaraq qazan

Əgər sizin nə isə bir şeyə xüsusi maraqınız varsa, istər bu hobbi olsun, istərsə də hər-hansı bir məşğuliyyət – və  əgər bu haqda nəsə söyləmək istəyirsinizsə, o zaman bloq özünüzün sonsuz düşüncələrinizi ifadə etməkçün səmərəli üsul ola bilər. Burda da İnternetdəki bir çox xidmətlər kimi aparıcı məqam reklam satışından ibarətdir. Şəxsi bloq açdıqdan sonra bir çox yazarlar Google AdSense kimi reklam xidmətlərinə abunə olurlar ki, həmin xidmətlər də sizin veb səhifələrin yuxarısında və kənarlarında tez-tez gördüyünüz tanış sponsor linklərini yerləşdirirlər. Sizin bloqunuzun oxucuları nə qədər çox sayda həmin reklam sahələrində düyməni sıxacaqlarsa, siz relam xidmətləri vasitəsilə o qədər çox pul qazanacaqsınız. Əgər siz təsadüfi, yeni başlamış bloggersinizsə, o zaman bu əla işləyir və siz bir qədər əlavə xərclik üçün pul qazanırsınız. Ancaq əgər sizin bloqunuz davamlı olaraq maraqlıdırsa, yaxşı yazılar yerləşdirilirsə və həqiqətən də oxucu sayı çoxdursa, o zaman bloqunuzun ətrafında qrafik reklam vasitəsilə azarkeş bazanızı cəlb etmək istəyən şikətlər özü sizinlə əlaqə yaradacaqlar. "Mən Çizburger ala bilərəmmi?" və "Boing Boing" kimi uğurlu bloqlardan bəziləri pop-mədəniyyət fenomeninə çevrildilər və onların yaradıcıları reklamçılardan qazandıqları pula görə özlərinin gündəlik işlərinə son verməyi və bütün vaxtı bloqda keçirməyi bacardılar.

Hiç yorum yok:

Yorum Gönder