13 Şubat 2016 Cumartesi

Evdə qazan!

Frilans muzdlu şəkildə işləyən və uzun müddətli perspektivdə hər-hansı bir sahibkarın yanında çalışmağa can atmayan şəxsdir. Bu termin daha çox yazmaq biznesi ilə əlaqədar meydana çıxmışdır. Siz jurnal və qəzetlərə məqalələr təqdim edirsiniz və sözlərin sayına görə ödəniş alırsınız. Bugünkü gündə frilans sahəsində bir çox insan çalışır. Bunun ən əsas səbəbləri aşağıdakılardır:
Siz öz qrafikinizin rahatlığı əsasında işləyə bilərsiniz;
Siz evdən işləyə bilərsiniz;
Başınızın üzərində müdiriniz yoxdur.
İnternetdə asanlıqla onlayn frilans peşələri tapa biləcəyiniz digər sahələr: tərcümə, proqramlaşdırma, veb səhifələrin dizaynı, konsulsatiya və sairdir.
Müştərilərə Xidmət. Bir çox biznes sahələri öz məhsullarını müştəri xidmətləri şöbələri vasitəsilə dəstəkləyir. Bir çox hallarda bu o deməkdir ki, şirkətdə müştərilərdən gələn telefon zənglərinə cavab verən insanlar vardır. Daha çox sayda biznes müəssisələri həm də öz veb səhifələri və elektron poçt vasitəsilə müştəri xidmətlərini elektron şəkildə təklif edirlər. Veb səhifəsində müştəri xidmətlərinə canlı söhbət vasitəsilə satışlar və dəstək aid edilə bilər. Bundan istifadə etmək üçün, müştəri canlı şəxslə söhbəti tələb edən linkə tıklayır və müştəri xidməti üzrə nümayəndə sorğuya cavab verərək söhbət pəncərəsi vasitəsilə müştəri ilə danışır. Elektron poçt vasitəsilə müştəri xidməti üçün müştəri Veb səhifəsində formanı doldurur və yaxud müəyən bir ünvana birbaşa elektron məktub göndərir. 
Canlı söhbət və elektron poçtun yalnız etibarlı internet bağlantısı və Veb brauzerə malik olmaqdan asılı olduğuna görə biznes müəssisələrinin çoxu bu xidmətlər üçün evdən fəaliyyət göstərən işçiləri işə götürməkdə maraqlıdırlar. Nəticədə, Talk2Rep kimi müştəri xidmətləri üzrə podratçı şirkətlər daxil olan və gedən telefon zənglərindən əlavə elektron poçt və canlı söhbət dəstəyini də əhatə edirlər. Bu xidmət üçün ödəniş dərəcələri minimal və ya komissiya haqlarına əsaslanan olduğundan, əgər sizin belə bir işə istedadınız vardırsa, onlayn müştəri xidmətlərinə getdikcə artan tələbat onu etibarlı gəlir mənbəyinə çevirir.

Hiç yorum yok:

Yorum Gönder