internetde pul qazanmag etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
internetde pul qazanmag etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

16 Şubat 2016 Salı

Webmoney haqqında.

Webmoney dünyada məşhur olan internet bankın xidmətlərindən biridir. Bu sistem ruslarındı və siz internetdən qazandığınız pulları öz Webmoney hesabınıza köçürə bilərsiniz. Webmoneydə siz özünüz üçün dollar (wmz) hesabı, rubl (wmr) hesabı, euro (wme) hesabı aça bilərsiz. Bu hesablarda olan pullarınızla isə internetdən bir çox məhsul əldə edə bilərsiniz. İnternetdə online satışla məşğul olan bir çox saytlar Webmoneyi dəstəkləyir. Bundan əlavə siz öz Webmoney hesabınızda olan pulu asanlıqla öz bank hesabınıza köçürə bilərsiniz. Nəzərinizə çatdırım ki, Webmoneydən qeydiyyatdan keçmək üçün heç bir sənədə ehtiyac yoxdur, 18 yaşından böyük olmaq vacib deyil və heç bir ödəniş edilmədən, pulsuz şəkildə qeydiyyatdan keçirsiniz. 
Webmoneydən qeydiyyatdan keç

15 Şubat 2016 Pazartesi

Dünyanın gəlmiş keçmiş ən zəngin insanları

Bir internet saytı maraqlı bir hesabla dünyanın gəlmiş keçmiş ən zəngin insanını təyin etdi. Birinci sıranı 14. əsrdə yaşamış olan Maliyyə Kralı I'inci Mansa Musa aldı


İnternet saytı Celebrity Net Worth, inflyasiya dəyərlərini göz qarşısında saxlayaraq dünya tarixinin ən zəngin 25 adının siyahısını çıxardı. Heç bir qadının iştirak etmədiyi siyahıya girənlərin ümumi sərvətləri 4.317 trilyon dollar tutdu. Siyahının 14'ünü ABŞ vətəndaşları meydana gətirdi. Siyahının hazırlanmasında illik inflyasiya artımları hesablandı. Buna görə, məsələn 1913-ci ildəki 100 milyon dollarlıq bir sərvətin 2016 ilindəki qarşılığı 2.299 milyard dollar olur. Bu da dünyanın ən böyük sərvət sahibləri:

1- Mansa Musa: 14-cü əsrdə bu gün Timbuktu, Qana və Maliyyə torpaqlarının yer
aldığı bölgədəki Maliyyə İmpartorluğu'nu idarə edən Kralın ümumi sərvəti

Biznes dünyası

1) Bu gün Amazon saytı saniyədə 158 məhsul satır.
2) Volkswagen konserni Bentley, Bugatti, Lamborghini, Audi, Ducati və Porsche avtomobillərinin sahibidir.
3) 1997-ci ildə Yahoo! Kompaniyası Google axtarış saytını cəmi 1milyon dollara almaq bərədə edilən təklifdən imtina etmişdi. Bu gün isə Google-un qiyməti 250 milyard dollardır.
4) İndiyəcən yazılmış mahnıların 92%-i

14 Şubat 2016 Pazar

30 yaşa qədər necə varlanmaq olar?

Etiraf etmək lazımdır ki, yaşımız nə qədər gənc olsa həyatdan bir o qədər çox şey gözləyirik. Yaşımız artdıqca isə, bu həvəs artıq qüvvədən düşür. Öz 30 yaşına hələ uzun müddət qaldığı halda sahibkar və investor olmağı bacarmış Aaron Pitman “Gənclər necə varlana bilər?” mövzusunda öz biliklərini paylaşmışdır.

Mark Zuckerbergdən 10 maraqlı sitat

Ötən aylarda 30 yaşı olan, “Facebook”un yaradıcısı Mark Zükerberqin müxtəlif vaxtlarda dediyi ən maraqlı fikirləri təqdim edirik:
1- Sürətlə hərəkət edin və nəyisə korlayın. Nəyisə xarab etmirsinizsə, deməli, lazımi qədər sürətli deyilsiniz.
2- Əgər indi başlasaydım işlərimi daha fərqli görərdim. Silikon vadisində yaşayanda bacarmaq üçün “mütləq burada olmalıyam” kimi hisslərə qapılırsınız. Amma yaşanacaq tək yer bura deyil. Əgər bu gün başlasaydım, Bostonda qalardım.
3- Yadıma gəlir, “Facebook”un ilk versiyasını yayımlayandan sonra dostlarımla pizza yeyirdik və “Kimsə həqiqətən belə bir xidmət təqdim etməli idi” deyə düşünmüşdük.  Amma o adamların biz olacağını ağlımıza gətirməmişdik.

Forex bazarının ən “bacarıqlı” fırıldaqçıları

Li Kvibinq – 200 milyon dollardan 1 milyard dollara qədər
Mis qiymətlərinin növbəti şübhəli dəyişməsi 2005-ci ildə, yəni Li Kvibinqin Çin rəhbərliyinin maraqları çərçivəsində metalla ticarət həyata keçirdiyi zaman baş vermişdi. Bu zaman o nəhəng yatırım edir (təqribən 200 000 ton) və bu mis qiymətlərinin ilkin enməsinə səbəb olur. Lakin nəticədə misə qlobal tələbatın artması fonunda bu müqavilənin böyük itkilərlə üzləşməsinə gətirib çıxarır.
Bütün izlər Çinin dövlət ehtiyat bürosuna apardığından, digər treyderlər anladı ki, Çin qısa pozisiyaalrı doldurmalı olacaq. Bu misin qiymətini qaldırdı. Çin rəhbərliyi qiymətləri endirməyə çalışır və iddia edirdi kio, mis ehtiyatı əvvəl qiymətləndirildiyindən 5 dəfə artıqdır və hətta ümumiyyətlə Li Kvibinqin mövcud olduğunu inkar edirdi. İtkilərin həcmi və Li Kvibinqin harada olduğu hələ də sual altındadır.
Cerom Kervil – 7.1 milyard dollar
Cerom Kervilin avropalı fyuçerslərdə spekulyant davranışları onun “Societe Generale” bankına 7 milyard dollardan çox zərər qazandırmışdı.
Cerom Kervil də digərləri kimi vəzifəsinin qazandırdığı üstünlüklərdən istifadə edərək sistemdə manipulyasiyalar edə bilirdi. Lakin o öz fırıldaqçılıq əməllərindən heç bir şəxsi gəlir əldə etmirdi. Bununla belə, 2007-ci ilin ipoteka böhranı onun məğlubiyyətini sürətləndirmişdi.

13 Şubat 2016 Cumartesi

Yaratdığı saytla Çinin ən varlı insanı oldu.

Sərvəti: 20,2 milyard dollar.
O, Çində Xançjou şəhərində anadan olub. O, fastfood restoranı olan KFC-də işə qəbul olunmamışdı. O, iki dəfə kolecə qəbul imtahanlarından kəsilib, amma sonradan təhsil alaraq ingilis dilini tədris etməyə başlayıb.
1995-ci ildə ilk dəfə ABŞ-a səfər edib və ilk dəfə internet görüb. İnternetdə çin dilində məlumatın çox az olduğunu görəndən sonra, o, çin dilində ilk veb-startap olan China Pages yaradır. Bu layihə uğur qazanmır. 1999-cu ildə o, Alibaba şirkətini təsis edir. Bu gün bu Çində ən populyar internet-mağazadır. Sentyabrdakı İPO-dan sonra Ma Çinin ən varlı insanına çevrildi.

Stiv Cobsun həyat qaydaları

1955-ci ilin 24 fevralı Apple tarixində mühüm bir tarixdir. Məhz həmin gündə Apple şirkətinin banisi anadan olub. Əgər Stiv Cobs uzun sürən xəstəlikdən vəfat etməsəydi, onun 59 yaşı olacaqdı. 
Biz sizə bu məqalədə dövrümüzün qəhramanı – Stiv Cobsun həyat qaydalarını təqdim edirik.
«Bəli, mən narkotiklərdən istifadə etmişəm. Və mən bunu heç vaxt utanmamışam. Bəzən küçədə mənə bir sıra insanlar yaxınlaşır: bəziləri məndən pul istəyir, digərləri isə Iphone kimi məhsul yaratdığıma  görə mənə təşəkkür edirlər. Biz başqalarının becərdiyi yeməkləri yeyirik, başqalarının tikdikləri geyimləri geyinirik. Başqalarının fikirləşdikləri dillərdə danışırıq.
Məncə, bizim də bəşəriyyətə faydalı olmağımızın vaxtı gəlib çatıb.
Nailiyyətləriniz haqqında tez- tez danışın. Əlbəttə ki, özündən razı olmaq və insanları bezdirmək lazım deyil.
Mən bir ildə dörddə bir milyard itirməyin nə olduğunu bilirəm. Bu mənim mənliyimin formallaşmasına çox təsir etmişdi.
Televizor insanları küt edir və onların vaxtını alır. Söndürün televizoru və siz beyninizin bir neçə hüceyrələrini qorumuş olacaqsınız. Lakin ehtiyyatlı olun, Apple kompüteri qarşısında da kütləşmək olar.
Vaxt var idi, mən dostlarımın mənzillərində döşəmədə yatırdım və şüşə qablarını təfil verərək özümə vegeterian burgeri alırdım. Bugünkü gündə, bir neçə milyard dollarlıq şəxsi mülkiyyətim və səhmlərim olduqdan sonra mənim məişət həyatım dəyişib. Lakin and içirəm ki, mən özüm dəyişməmişəm.
Əgər siz batan sənaye ilə bağlısınızsa, işinizi itirməmişdən qabaq o işi tərk edin. Məqsədin olması bizim həyatımıza rəng və zövq qatır.
Əgər mənə Apple və Pixar arasında seçim etməyi təklif etsəydilər, mən keçmişə qayıtmağı və hər ikisinə sahib olmağı seçərdim.
Bir dəfə belə olsa geri çəkilməyən və səhv etməyən uğurlu insan deyə bir anlayış yoxdur.
Uğurlu insanlar səhv edirlər, lakin daha sonra həmin səhvlərdən nəticə çıxararaq öz planlarını dəyişirlər. Mən də həmin insanlardan biriyəm.
Microsoft öz məhsullarını yaratmağa və inkişaf etdirməyə milyonlarla pul sərf edib, lakin onların bütün məhsulları Apple-in nüsxələrinə bənzəyir. Öz əhvalımı qaldırmaq istəyəndə mən həmişə bu faktı yadıma salıram.
Böyük bir iş görməyin yeganə üsulu var – həmin işi sevmək. Əgər siz görəcəyiniz işi sevmirsinizsə, bir az gözləyin, tələsməyin.
Yaxın zamanda öləcəyim haqqında fakt mənə həyatda ən çətin qərarları qəbul etməyə kömək edən ən vacib alətdir.
Mən bir insanı işdən azad edə, daha sonra isə ona zəng edib onunla hansısa layihəni müzakirə edə və yaxud onu yenidən işə qəbul edə bilərəm.
Keçmiş məni maraqlandırmır. Vacib olan bugünkü gündür.
Əgər mənim keçmişə qayıtmaq imkanım olsaydı, mən 25 yaşıma qayıdar və özümə deyərdim: «Mənasız müsahibələrə razılaşma. Sənin fəlsəfə ilə məşğul olmağa vaxtın yoxdur!».

Warren Buffet 5 qızıl qayda

1. Öyrənməyə vaxt ayırın 
Siz bunun üçün gündəlik və ya həftəlik planlar qura bilərsiniz. Bu plana yeni bir şey öyrənmək, biliklərini möhkəmləndirmək və ya yaradıcılıqla bağlı müxtəlif fəaliyyətlər daxil edə bilərsiniz. Gündəlik, həftəlik, aylıq planların sonunda isə öhdəsindən gəldiyiniz tapşırıqları qeyd etməyi unutmayın. Bu sizə yeni nailiyyətlər üçün motivasiya verəcək. Gün ərzində görməli olduğunuz işlərə ciddi yanaşın və özünüzə qarşı tələbkar olun və gün ərzində hansı biliklərinizi inkişaf etdirmək istədiyinizi müəyyənləşdirin və onun cədvəlini yaradın. Getdikcə məqsədlərinizə nail olacaqsınız.

2. Ətrafınızda daha ağıllı və artıq uğur qazanmış insanların olmasına çalışın 
Ətrafınızda çox uğur qazanmış insan sizin özgüvəninizə mənfi təsir göstərə bilər. Lakin siz bu hissin öhdəsindən gəlib, həmin insanların təcrübəsindən və biliklərindən yararlanmağa başladığınızda, hər şey dəyişəcək. Siz adi söhbətdən də yeni şeylər öyrənmə imkanı əldə edə bilərsiniz.

3. Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin 
Hansı peşə sahibi olursunuzsa olun, yaxşı danışıq qabiliyyəti hər kəs üçün böyük üstünlükdür. Əlbəttə, uğur qazanmış və ya ağıllı insanın sizinlə dostluq etmək istəyinin yaranması üçün siz də qarşılığında nə isə təklif etməyi bacarmalısınız. Bu zaman sizin yaxşı ünsiyyət qabiliyyətiniz köməyinizə gələ bilər.

4. Pul xərcləməkdən qorxmayın 
Son illərdə insanlar təhsilə daha çox pul xərcləməyə başlayıblar. Bu əvvəlki illərlə müqayisədə çox böyük inkişaf hesab edilə bilər. Biz indi professional biliklərimizi artırmağa imkan verən müxtəlif seminarlar, kurslar və səfərlərin əhəmiyyətini daha da yaxşı anlayaraq onlardan maksimum yararlanmağa hazır olmalıyıq.

5. Yalnız professional olaraq inkişaf etməyi düşünməyin 
İş qrafiki günün böyük hissəsini əlinizdən aldığından, bu elədə asan deyil. Lakin belə bir kiçik sirr vardır ki, sizə maraqlı olan nəysə bir iş varsa onsuzda ona mütləq vaxt tapırsınız. Bəlkə də , buna görə bir saat az yatacaqsınız , naharı qısa edəcəksiniz amma sərf etdiyiniz bu zamana və enerjiyə görə daha böyük enerji əldə edəcəksiniz.