facebook etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
facebook etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

14 Şubat 2016 Pazar

Mark Zuckerbergdən 10 maraqlı sitat

Ötən aylarda 30 yaşı olan, “Facebook”un yaradıcısı Mark Zükerberqin müxtəlif vaxtlarda dediyi ən maraqlı fikirləri təqdim edirik:
1- Sürətlə hərəkət edin və nəyisə korlayın. Nəyisə xarab etmirsinizsə, deməli, lazımi qədər sürətli deyilsiniz.
2- Əgər indi başlasaydım işlərimi daha fərqli görərdim. Silikon vadisində yaşayanda bacarmaq üçün “mütləq burada olmalıyam” kimi hisslərə qapılırsınız. Amma yaşanacaq tək yer bura deyil. Əgər bu gün başlasaydım, Bostonda qalardım.
3- Yadıma gəlir, “Facebook”un ilk versiyasını yayımlayandan sonra dostlarımla pizza yeyirdik və “Kimsə həqiqətən belə bir xidmət təqdim etməli idi” deyə düşünmüşdük.  Amma o adamların biz olacağını ağlımıza gətirməmişdik.